...

Bakıda İslam Həmrəyliyi İnkişaf Fondunun Müdirlər Şurasının illik iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2010 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir N.İsmayılova/

İyunun 24-də Bakıda İslam Həmrəyliyi İnkişaf Fondunun (ISFD) Müdirlər Şurasının 3-cü illik iclası keçirilib. İclas İslam İnkişaf Bankının (İİB) Direktorlar Şurasının 35-ci illik toplantısı çərçivəsində baş tutub.

İclas çərçivəsində "PricewaterhouseCoopers" auditor şirkəti korporasiyanın xarici auditoru seçilib. Fondun Müdirlər Şurasının 4-cü iclasının keçirilməsi üçün Yəmən seçilib.

İslam Həmrəyliyi İnkişaf Fondu (ISFD) İİB yanında xeyriyyə fondudur və 10 milyard dollar kapitala malikdir. Bu vəsait daha az inkişaf etmiş üzv ölkələrə güzəştli kreditlərin verilməsinə yönəldilib.

Xəbər lenti

Xəbər lenti