...

Azərbaycan və Suriya Bakıda ticari-iqtisadi imkanları müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2010 11:27 (UTC +04:00)
Bu gün Bakıda iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birinci Azərbaycan - Suriya hökumətlərarası komissiyası işə başlayıb. Azərbaycan tərəfdən komissiyanın həmsədri kənd təsərrüfatı naziri İsmət Abbasov, Suriya tərəfdən isə neft və təbii sərvətlər naziri Sufyan əl-Alaodur.
Azərbaycan və Suriya Bakıda ticari-iqtisadi imkanları müzakirə edirlər

Bakı, Azərbaycan, 29 iyun /Trend, müxbir Ü.İsmayılova/

Bu gün Bakıda iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birinci Azərbaycan - Suriya hökumətlərarası komissiyası işə başlayıb. Azərbaycan tərəfdən komissiyanın həmsədri kənd təsərrüfatı naziri İsmət Abbasov, Suriya tərəfdən isə neft və təbii sərvətlər naziri Sufyan əl-Alaodur.

Çərşənbə günü komissiyanın yekun işlərinə dair aşağıdakı sahələri əhatə edən protokol imzalanacaq: ticari-iqtisadi potensial, kənd təsərrüfatı, sənaye və energetika, alternativ və bərpa olunan enerji mənbələri, İT, təhsil, elm, səhiyyə, turizm, nəqliyyat.

Komissiyanın ikinci iclası Dəməşqdə təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti