...

Azərbaycan bankı "Kapital Bank" pensiya kart sahiblərinə yeni SMS İnfo xidmətini təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2010 13:11 (UTC +04:00)
Azərbaycan bankı "Kapital Bank" pensiya kart sahiblərinə yeni SMS İnfo xidmətini təklif edib. Bu barədə bankın məlumatında deyilir.
Azərbaycan bankı "Kapital Bank" pensiya kart sahiblərinə yeni SMS İnfo xidmətini təklif edib

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycan bankı "Kapital Bank" pensiya kart sahiblərinə yeni SMS İnfo xidmətini təklif edib. Bu barədə bankın məlumatında deyilir.

"Bu xidmət bankomatların qarşısında növbədə durub pensiyanın karta daxil olmasını yoxlamaq ehtiyacını aradan götürür. SMS İnfo xidmətinə qoşulma bankın müştəriləri üçün böyük rahatlıq yaradır. Belə ki, pensiya plastik kart hesabına daxil olduqda real vaxt rejimində SMS vasitəsilə müştərinin mobil telefonuna məlumat daxil olur", - məlumatda qeyd edilib.

Buna əlavə olaraq, pensiya kart sahibləri kartın istifadə müddətinin sona çatmasına bir ay qalmış bu barədə məlumat alacaq və kartı vaxtında dəyişdirmək imkanı qazanacaqlar. SMS İnfo xidmətinə qoşulmaq çox asandır: Bu, bankomat vasitəsilə və ya bankın "Call Center" adlı mərkəzinə - 196 nömrəsinə zəng etməklə həyata keçirilir. SMS İnfo xidmətinə qoşulma və illik xidmət pulsuzdur, bir daxil olan SMS-ə görə komissiya 10 qəpik təşkil edir.

Xəbər lenti

Xəbər lenti