...

Azərbaycanda sığortaçılar üçün olimpiadanın keçirilməsi iyulun sonuna təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2010 13:15 (UTC +04:00)
Yerli sığortaçılar üçün sığorta işi üzrə biliklərinin yoxlanılması olimpiadasının keçirilməsi iyulun sonuna təyin olunub. Bu barədə cümə axşamı Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri, "Atəşgah" Sığorta Şirkəti idarə heyətinin sədri Azər Əliyev deyib.
Azərbaycanda sığortaçılar üçün olimpiadanın keçirilməsi iyulun sonuna təyin olunub

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Ü.İsmayılova/

Yerli sığortaçılar üçün sığorta işi üzrə biliklərinin yoxlanılması olimpiadasının keçirilməsi iyulun sonuna təyin olunub. Bu barədə cümə axşamı Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri, "Atəşgah" Sığorta Şirkəti idarə heyətinin sədri Azər Əliyev deyib.

Olimpiada Azərbaycan Sığortaçılar Assosiasiyasının və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. Olimpiadada iştirak etmək üçün gənc sığortaçılar dəvət olunacaqlar. Hazırda tərəflər planlaşdırılan tədbirlərin proqramını hazırlayırlar.

Azərbaycan Sığortaçılar Assosiasiyası 2006-cı ilin dekabrında təsis edilib. Assosiasiyanın tərkibinə bütün fəaliyyətdə olan sığortaçılar daxildir. Təşkilatın Müşahidə Şurasına Azərbaycanın 5 sığorta şirkəti - MBASK, "Standard İnsurance", Beynəlxalq Sığorta Şirkəti, "Azərisığorta", "Atəşgah" daxildir.

Xəbər lenti

Xəbər lenti