...

"MasterCard Worldwide" Azərbaycan banklarını əməkdaşlığın genişləndirilməsinə dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 19:23 (UTC +04:00)
Azərbaycan "MasterCard Worldwide" beynəlxalq təşkilatının mühüm tərəfdaşıdır və bununla bağlı qarşılıqlı əlaqələri genişləndirmək lazımdır.
"MasterCard Worldwide" Azərbaycan banklarını əməkdaşlığın genişləndirilməsinə dəvət edir

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Azərbaycan "MasterCard Worldwide" beynəlxalq təşkilatının mühüm tərəfdaşıdır və bununla bağlı qarşılıqlı əlaqələri genişləndirmək lazımdır. Təşkilatın nümayəndələri belə hesab edirlər.

Bu barədə "MasterCard Worldwide" nümayəndələrinin iştirakı ilə Azərbaycan Mərkəzi Bankının ölkənin kommersiya bankları üçün keçirdiyi seminarda bildirilib. Seminarda "MasterCard Worldwide"ın Azərbaycan üzrə yeni meneceri Hakan Acar və regional direktor Mete Güney təşkilatın fəaliyyətindən, təsərrüfat subyektləri ilə əlaqələrin genişləndirilməsindən, ödəniş kartları bazarında uğurlu marketinq istiqamətləri, o cümlədən ilkin ödənişli və əlaqəsiz ödəmə kartlarından istifadənin dünya təcrübəsi haqqında danışıblar və bu sahədəki yeniliklər barədə məlumat veriblər.

Görüşdə banklara MoneySend pul köçürmələri sistemi barədə də məlumat verilib.

Xəbər lenti

Xəbər lenti