...

Rusiya dəmir yolunda baş vermiş partlayış Azərbaycandan gələn qatarların hərəkətinə təsir göstərməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2010 12:27 (UTC +04:00)
Azərbaycandan Rusiya istiqamətində qatarların hərəkətində Dağıstanın dəmiryol xəttində baş vermiş partlayışla bağlı problem yaranmayıb, - cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Rusiya dəmir yolunda baş vermiş partlayış Azərbaycandan gələn qatarların hərəkətinə təsir göstərməyib

Аzərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycandan Rusiya istiqamətində qatarların hərəkətində Dağıstanın dəmiryol xəttində baş vermiş partlayışla bağlı problem yaranmayıb, - cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, Bakı-Tümen və Bakı- Rostov qatarları qrafik üzrə yola düşüb. Hal-hazırda partlayış yerində artıq bir yol xətti işləyir.

"Bakı- Tümen və Bakı- Rostov qatarları qəza sahəsinə çatdıqda, orada artıq bütün hərəkətlər bərpa olunacaq. Bu, Bakı vaxtı ilə 12:00 radələrinə təsadüf edəcək", - Əzməmmədov deyib.

Həmçinin, Moskva-Bakı və Tümen-Bakı sərnişin qatarları artıq Bakıya gəlib çatıb.

Dağıstanda Tarki-Manas yolunda lokomotiv və iki qum vaqonu partlayıb.

Partlayış Bakı vaxtı ilə 5:50-də baş verib. Partlayıcı qurğu lokomotiv və qum yükləmiş iki vaqondan ibarət bufer qatarı keçən zaman işə düşüb, - məlumatı "İnterfaks" yayıb.

Həmçinin, məlumatı Mahaçqala nəqliyyatında daxili işlər idarə heyətinin növbətçi hissəsindən də dəqiqləşdirərək bildiriblər ki, bu, qumladolu ikiplatformalı zirehli lokomotiv olub.

Xəbər lenti

Xəbər lenti