...

Azərbaycanın qərb regionunda Azərbaycan-Almaniya biznes forumu keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2010 19:55 (UTC +04:00)
Cümə axşamı Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə Azərbaycan-Almaniya biznes forumu keçirilib.
Azərbaycanın qərb regionunda Azərbaycan-Almaniya biznes forumu keçirilib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Cümə axşamı Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə Azərbaycan-Almaniya biznes forumu keçirilib.

"Tədbirə Azərbaycan və Almaniya tərəfdən dövlət rəsmiləri ilə yanaşı, alternativ enerji, kənd təsərrüfatı, qida sənayesi, maliyyə, maşınqayırma, sənaye, neft-qaz və digər sahələrdə fəaliyyət göstərən iş adamları qatılıb", - bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Tədbirdə çıxış edən AZPROMO-nun prezidenti Adil Məmmədov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Paşa Paşayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin nümayəndəsi Andreas Noyman mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə məlumat verib, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulayıblar.

AZPROMO-nun İxrac Departamentinin direktoru Vüsal Kərimli təqdimatla çıxış edərək Gəncə-Qazax iqtisadi regionunun investisiya imkanları, AZPROMO-nun fəaliyyəti, yerli ixracatçılar və xarici investorlar üçün qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Biznes forumu çərçivəsində həmçinin iş adamları arasında işgüzar görüşlər keçirilib, iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Gəncə-Qazax iqtisadi regionuna səfər çərçivəsində alman iş adamları bu bölgənin bir sıra istehsal müəssisələri ilə də tanış olublar.

Almaniyalı iş adamlarının Azərbaycana səfəri çərçivəsində ilk biznes forumu iyulun 19-da Bakıda keçirilib.

Xəbər lenti

Xəbər lenti