...

Azərbaycan və Türkiyə üçüncü ölkələrə birgə sərmayələr yatırmalıdırlar - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2010 13:24 (UTC +04:00)
Azərbaycan və Türkiyə iqtisadiyyatın bütün sahələrində inkişafa nail olublar və əməkdaşlığın dərinləşdirilməsi üçün yeni istiqamətlər müəyyən edilib. Bu barədə cümə axşamı Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunun gedişində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Azərbaycan və Türkiyə üçüncü ölkələrə birgə sərmayələr yatırmalıdırlar - nazir

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan və Türkiyə iqtisadiyyatın bütün sahələrində inkişafa nail olublar və əməkdaşlığın dərinləşdirilməsi üçün yeni istiqamətlər müəyyən edilib. Bu barədə cümə axşamı Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunun gedişində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazir deyib ki, Azərbaycanda geniş imkanlar var və biz ölkənin aqrar sənaye kompleksində - kənd təsərrüfatı məhsullarının istehsalından başlamış ta daşınmaya, emal və saxlanmaya qədər, informasiya texnologiyaları, tranzit daşımaları, turizm sahəsində türk iş adamlarının iştirakını dəstəkləməyə hazırıq.

Eləcə də üçüncü ölkələrə birgə sərmayə yatırımları qoymağın da vaxtı çatıb.

Azərbaycan xarici investisiyaların həcminə görə regionda aparıcı mövqe tutur. Respublikaya investisiyaların cəlb edilməsi üçün iri enerji layihələrinin reallaşdırılması və iqtisadiyyatın davamlı inkişafı üçün əlverişli investisiya mühiti kimi əsas yaradılıb.

Nazirin sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Bunu nəzərə alaraq, "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi dünya maliyyə-iqtisadi böhranının davam etməsinə baxmayaraq, Azərbaycana investisiya reytinqi verib.

Mustafayevin sözlərinə görə, Azərbaycan regional əməkdaşlığa da üstünlük verir. Yerli şirkətlər Türkiyə və Gürcüstan iqtisadiyyatlarına fəal şəkildə investisiyalar qoyurlar.

Əməkdaşlığın genişləndirilməsi üçün maraqlı məqam Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutan sazişin imzalanmasıdır. Azərbaycanla Türkiyə arasında böyük tranzit potensialı var və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bu əməkdaşlığı genişləndirməyə imkan verir.

Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan deyib ki, dünya iqtisadiyyatında yer tutmaq üçün Azərbaycanla Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi çox vacibdir və bunun üçün zaman yetişib.

"Gücümüz birliyimizdədir və ümid edirəm, bugünkü biznes-forum ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə kömək edəcək. Biz Azərbaycan və Türkiyənin gücünü bütün ölkələrdə göstərmək istəyirik və iri investisiya layihələrini reallaşdırması ilə birgə iş adamları üçüncü ölkələrdə birgə işlərini qurmalıdırlar", - Türkiyənin dövlət naziri bildirib.

Çağlayan bildirib ki, Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsini 2,2 milyarddan 5 milyard dollaradək çatdırmaq üçün biz heç bir səyimizi əsirgəməməliyik.

Xəbər lenti

Xəbər lenti