Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi dəyişməz alıb. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,8036 manat səviyyəsində müəyyən edilib.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
19 iyul |
0,8037 |
26 iyul |
0,8036 |
20 iyul |
0,8035 |
27 iyul |
0,8036 |
21 iyul |
0,8037 |
28 iyul |
0,8036 |
22 iyul |
0,8038 |
29 iyul |
0,8036 |
23 iyul |
0,8036 |
30 iyul |
0,8036 |
Həftə ərzində orta |
0,80366 |
Həftə ərzində orta |
0,8036 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0016 bənd azalıb (0,16 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80338 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyulun 26-27-də sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8037 AZN/USD səviyyəsində saxlanılıb. Bu, iyulun 28-də 0,8037 AZN/USD məzənnə ilə $2,96 milyon, iyulun 29-da 0,8037 AZN/USD məzənə ilə $0,029 milyon, iyulun 30-da isə 0,8021 AZN/USD məzənnə ilə $44,89 milyon olub.
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi: |
|||
19 iyul |
0,8037 |
26 iyul |
0,8037 |
20 iyul |
0,8038 |
27 iyul |
0,8037 |
21 iyul |
0,8038 |
28 iyul |
0,8037 |
22 iyul |
0,8038 |
29 iyul |
0,8037 |
23 iyul |
0,8038 |
30 iyul |
0,8021 |
Həftə ərzində orta |
0,80378 |
Həftə ərzində orta |
0,80338 |
USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti ötən həftə dəyişməz qalıb: alışı 7 manat, satışı 8 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il, 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən təxminən çeklərin 80 faizinin çıxarılması ilə əlaqədardır.