...

Azərbaycan bankı "AGBank" öz müştərilərinə "AGClub Gold HEI" paket kartlarını təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2010 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Azərbaycan bankı "AGBank" öz müştərilərinə "AGClub Gold HEI" genişləndirilmiş paket kartlarını təklif edir. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Ötən ilin sonunda " AGBank" Azərbaycanda ilk dəfə olaraq öz müştərilərinə bank xidmətləri bazarında tamamilə yeni xidməti - "AGClub Gold HEI" paket kartlarını təqdim edib. MasterCard Gold, Visa Gold və "AGClub"ın sığorta kartı və diskont kartından başqa, paketə "Hotel-Express Intrenational" nadir kartı da qoyulub. Bu kart səyahətlər zamanı xərcləri xeyli azaldan nadir bir kartdır. "Hotel-Express diskont" kartı dünyanın 9000-dən çox mehmanxanasında 50 faiz endirim təqdim edir. Əgər müştəri səyahətə, xarici ölkədə istirahətə hazırlaşırsa, bu kartı əldə etməklə onun üzərindəki üzvlük nömrəsi ilə www.hotel-express.com saytında mehmanxana seçmək, eləcə də otaq bronlaşdırmaq şansı əldə edir. Mehmanxanadan təsdiqedici cavab alındıqdan sonra isə, müştəri otağın standart dəyərinin sadəcə yarısını ödəyir.

Məlumatda qeyd olunduğuna görə, "AGBank"ın plastik kartlarda müxtəlif ödəniş sistemlərinə aid olan kart sahiblərinin olduqları ölkədə kartların uyğunsuzluğu ilə bağlı heç bir problemləri olmur.

Xəbər lenti

Xəbər lenti