...

USAID Azərbaycana makroiqtisadi təhlil və proqnozlaşdırma sahəsində biliklərin artırılmasında kömək edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2010 19:38 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elm-Tədqiqat İnstitutunda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) "Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı" çərçivəsində bazar ertəsi "Makroiqtisadi modelləşdirmə üzrə biliklərin artırılması" mövzusunda treninq keçirib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.
USAID Azərbaycana makroiqtisadi təhlil və proqnozlaşdırma sahəsində biliklərin artırılmasında kömək edir

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elm-Tədqiqat İnstitutunda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) "Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı" çərçivəsində bazar ertəsi "Makroiqtisadi modelləşdirmə üzrə biliklərin artırılması" mövzusunda treninq keçirib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

İqtisadi İslahatlar Elm-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev institutun elmi potensialının gücləndirilməsi və bu istiqamətdə dünya təcrübəsinin öyrənilməsi barədə məlumat verib. USAID-in dövlət xərcləmələri komponentinin layihə rəhbəri Dipak Kapur elmi tədqiqatlar aparan qurum kimi institutun üzərinə böyük məsuliyyət düşdüyünü və sosial-iqtisadi inkişafla bağlı təhlil və proqnozlaşdırmanın aparılmasında institutun əməkdaşlarının bilik və bacarıqlarının artırılmasının əhəmiyyətini qeyd etmiş, treninqin bu sahədə faydalı olacağına əminliyini vurğulamışdır.

ABŞ-ın Hyuston və Mərilənd universitetlərinin professoru Miç Moxtarinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı inkişaf edir və makroiqtisadi tarazlıq modellərinin qurulması sahəsində kadrların hazırlanması əhəmiyyət daşıyır. Treninqin keçirilməsində əsas məqsəd makroiqtisadi təhlil və proqnozlaşdırma, eləcə də bu istiqamətdə metodoloji bazanın təkmilləşdirilməsi sahəsində biliklərin artırılmasıdır.

Treninq avqustun 9-dan 20-dək davam edəcək. İqtisadi İslahatlar Elm-Tədqiqat İnstitutunun 20-yə yaxın əməkdaşının iştirak edəcəyi treninq makroiqtisadi siyasət, makroiqtisadi tarazlıq modelləri, fiskal və monetar siyasətin xüsusiyyətləri, tədiyyə balansı, valyuta məzənnəsi, iqtisadi artım və s. mövzuları əhatə edəcək. Treninq iştirakçılarına sertifikatlar veriləcək.

Xəbər lenti

Xəbər lenti