...

Azərbaycanda "ICD" lizinq şirkəti portfeli on dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2010 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir İ.Xəlilova/

Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (İCD İslam İnkişaf Bankının qrupuna daxildir) tərəfindən yaradılan Azərbaycanın "Ansar Leasing" lizinq şirkətinin portfeli ilin əvvəlindən 10 dəfər artaraq üç milyon dollar təşkil edib. Bu barədə cümə axşamı şirkətin baş direktoru Ceyhun Nağıyev deyib. Şirkət 2009-cu il iyunun sonunda fəaliyyətə, ilk müqavilələrin bağlanmasına isə oktyabrda başlayıb.

"Bu günədək 70 lizinq müqaviləsi bağlanılıb", - Nağıyev bildirib.

Onun sözlərinə görə, şirkət 2010-cu ilin fəaliyyətinin yekunları üzrə öz portfelini 8 milyon dollara çatdırmağı planlaşdırıb. Əməliyyatların genişləndirilməsi "Ansar Leasing"in təsisçisi - "ICD"nin vəsaitləri hesabına nəzərdə tutulub. O, lizinq şirkətinə maliyyə dəstəyi göstərməyə hazırdır.

Nağıyevin dediyinə görə, hazırda şirkət tikinti, tibb, xidmətlər sahəsi, nəqliyyat vasitələrinin lizinqi, daşınmaz əmlak sahələrində lizinq əməliyyatlarını maliyyələşdirməkdə davam edir. Şirkətin şərtlərinə əsasən, lizinq layihələri üzrə ilkin ödəniş lizinq 12 aydan 72 ayadək olduğu halda, 20 faizdən başlayır. Əməliyyatlar dollarla aparılır.

Şirkət kapital səviyyəsinə görə, ölkənin lizinq strukturları arasında ən kapitallaşmışıdır. Şirkətin planlarına kapitalın artırılması daxil deyil.

Azərbaycan Vergilər Nazirliyi 12 dekabr 2008-ci il tarixdə "bir pəncərə" vasitəsilə "Azərbaycan Lizinq Şirkəti" MMC-nin (ticarət markası "Ansar Leasing") dövlət qeydiyyatını aparıb. Şirkətin yeganə təsisçisi qismində İslam Korporasiyası çıxış edir. Şirkət fəaliyyətə 2009-cu ilin iyunundan başlayıb.

Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası indiyədək Azərbaycan iqtisadiyyatına, orta hesabla, 60 milyon dollar investisiya yatırıb. ICD Azərbaycanda fəaliyyəti dövründə Azərbaycan Beynəlxalq Bankına, "Rabitə Bank"a, "UniBank"a "Standard Bank"a, "Turan Bank"a kredit verməklə səkkiz bankla iş qurub.

Bundan başqa, korporasiya öz törəmə şirkəti "Caspian International Investment Company (CIIC)" vasitəsilə "Ansar Leasing" lizinq şirkətinə investisiya yatırıb (beş milyon manat). İnvestisiya şirkətinin élan etdiyi kapital həcminin 70 milyon dollarından indiyədək 23 milyon manat ödəniş edilib. Onların 17 milyon manatı əcnəbi investorların payına düşür. Şirkətin xarici investorları sırasında Küveytin İnvestisiya Şirkəti - "Hares Group", Yəmənin İnvestisiya Şirkəti - "Al Ahmar Group", Sudanın - "MAM Group" şirkəti, Dubayın - "TANMIYAT Group" şirkəti və İslam İnkişaf Bankı var.

"Caspian International İnvestment Company" 2008-ci ilin martında, ilkin kapitalı 2,954 mln manat olan Qapalı Səhmdar Cəmiyyət kimi təsis edilib. AİŞ-in iştirak payı 25, İCD-nin payı 75 faiz olub. CİİC kapitalının $70 mln.-a çatdırılması nəticəsində, sərmayə şirkətinin iştirak payı 20 faiz, İslam Korporasiyasının iştirak payı 10 faiz olacaq. Qalan səhmlər Fars körfəzi ölkələrindən olan sərmayədarlar tərəfindən alınacaq. AIŞ iştirak payının ödənilməsi üçün 14 mln dollar verəcək.

Strategiyaya əsasən, CİİC-in sərmayələri şəriət prinsiplərinə zidd olan spirtli içkilər və donuz ətindən olan məhsulların istehsalı üzrə müəssisələr, standart maliyyələşdirmə və sığorta xidmətlərinin göstərilməsi şərtləri ilə fəaliyyət göstərən banklar və sığorta təşkilatları istisna olmaqla, iqtisadiyyatın real sektorunda həyata keçiriləcək.

Korporasiya Ciddədə İİB Direktorlar Şurasının 24-cü illik toplantısında 1999-cu ildə yaradılıb. İCD-nin baş qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərindədir.

İİB 20 oktyabr 1975-ci ildə yaradılıb. Onun mənzil-qərargahı Ciddə şəhərindədir. Bankın regional ofisləri Rabatda, Kuala-Lumpurda var. İİB-in Almatıda nümayəndəlik ofisi də var.

Xəbər lenti

Xəbər lenti