...

Azərbaycan bankı "DəmirBank" yenidən kapitallaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2010 20:38 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "DəmirBank"ın bir milyon manat məbləğində adi sənədsiz emissiyalar prospektini qeydə alıb. Bu barədə cümə axşamı Dövlət Komitəsinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Azərbaycan bankı "DəmirBank" yenidən kapitallaşdırılır

Azərbaycan, Bakı, 12 avqust/ Trend /

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "DəmirBank"ın bir milyon manat məbləğində adi sənədsiz emissiyalar prospektini qeydə alıb. Bu barədə cümə axşamı Dövlət Komitəsinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Emissiyalar çərçivəsində hər birinin qiyməti 0,20 man olmaqla beş milyon istiqraz buraxılıb.

Hazırda "DəmirBank"ın nizamnamə kapitalı 19 milyon manat təşkil edir, bankın ümumi kapitalı isə 47 milyon manatı ötür.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") fəaliyyətə 1989-cu ildə başlayıb. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiyanın Maliyyə İnkişaf Şirkəti (FMO) kimi böyük beynəlxalq maliyyə təşkilatları təmsil olunub.

"DəmirBank" müxtəlif kredit proqramları üzrə Avropa İnkişaf və Yenidənqurma Bankı, Beynəlxalq Maliyyə Şirkəti, Hollandiya Maliyyə İnkişaf Şirkəti (FMO), Qara dəniz Ticarət və İnkişaf Bankı, Almaniya - Azərbaycan Fondu, Alman İnvestisiya Şirkəti DEG, Beynəlxalq İnkişaf Fondu OFID, özəl sektorun inkişafı üzrə İslam Korporasiyası, "Rosemount Global" Ticarət-Maliyyə Fondu (ABŞ), BANIF (Portuqaliya), SIFEM AG İnvestisiya Fondu (İsveçrə), ING BANK (Niderland) kimi beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir.

Avqustun 12-nə rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti