...

"AccessBank" bankın qeyri-kredit xidmətlərindən istifadəni genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2010 18:50 (UTC +04:00)
Azərbaycan bankı "AccessBank" qeyri-kredit məhsullarından istifadəni daha da asanlaşdırmaq məqsədilə "Həzi Aslanov" və "Binəqədi" adlı iki şöbə açıb. Bu barədə bankın bazar ertsəi yayılan məlumatında deyilir.
"AccessBank"  bankın qeyri-kredit xidmətlərindən istifadəni genişləndirir

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Azərbaycan bankı "AccessBank" qeyri-kredit məhsullarından istifadəni daha da asanlaşdırmaq məqsədilə "Həzi Aslanov" və "Binəqədi" adlı iki şöbə açıb. Bu barədə bankın bazar ertsəi yayılan məlumatında deyilir.

Bakı şəhərində nəqliyyat sıxlığını, xüsusilə də, müştərilərin rahatlığı və vaxtlarına qənaət edə bilmələri məsələlərini nəzərə alaraq, bu şöbələr "Həzi Aslanov" metro stansiyası və 8-ci mikrorayonda, "Azadlıq" metro stansiyası yaxınlığında açılıb. "Binəqədi" şöbəsində, Azərbaycanda ilk dəfə olaraq, "AccessBank" yenilik edib - bank daxilində uşaqlar üçün xüsusi guşə yaradıb. Burada uşaqlar, valideynləri bank məsələlərini həll edən zaman, oyun oynaya və cizgi filmlərinə baxa bilərlər.

"AccessBank"ın baş meneceri Andrü Pospilovski şöbələrin açılışını şərh edərək deyib: "AccessBank" müştərilərinin sayı gün-gündən artır və biz öz növbəmizdə, onlara daha yaxşı və keyfiyyətli xidmət göstərmək məqsədilə əlverişli yerləşmə yerlərində yeni filiallar açırıq. Azərbaycanda ilk dəfə olaraq bank daxilində uşaqlar üçün guşənin yaradılması, valideynlərə sakit şəraitdə, bankımızın əməkdaşları ilə məsləhətləşməyə imkan yaradacaq.  Bu növbəti kiçik addım "AccessBank"ı bütün müştərilər üçün daha da əlverişli etdi".

Şöbələrdə tamçeşidli qeyri-kredit bank xidmətləri, o cümlədən, cari və depozit hesabları, pulköçürmə sistemləri, eləcə də VISA plastik kartları təqdim olunub. Bundan əlavə, "AccessBank"ın bütün müştəriləri hansı filialda kredit aldıqları və hesab açdıqlarından asılı olmayaraq, bu şöbələrdə ödəniş edə və ya hesabdan nağd pul çıxara bilərlər.

"АccessBank"ın missiyası, aşağı və ortagəlirli Azərbaycan ailələrinin, eləcə də mikro və kiçik müəssisələrin maliyyə xidmətlərindən yararlanmasını təmin etməkdən ibarətdir. "АccessBank" beynəlxalq "Fitch" reytinq agentliyi tərəfindən Azərbaycan özəl bankları arasında ən etibarlı özəl bank adına layiq görülüb (BB+). "Euromoney" nəşriyyat qrupunun ənənəvi "2010-cu ilin ən yaxşı nəticələri" mükafatlandırma mərasimində "AccessBank" Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb. "AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, "Kfw Development Bank" - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən "Access Holding" (16,5%) və Almaniyanın "LFS Financial Systems GmbH" (3,5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti