...

"Bank of Baku" Azərbaycanın bank bazarında analoqu olmayan növbəsiz ödəniş xəttini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2010 15:35 (UTC +04:00)
Azərbaycan bankı "Bank of Baku" yenilikçi bank olduğunu bir daha sübut edərək müştərilərin rahatlığı üçün və onların vaxtına qənaət etmək məqsədilə Azərbaycanın bank bazarında analoqu olmayan "Telefon Bankçılıq - 145" növbəsiz ödənişlər xəttini açıb.
"Bank of Baku" Azərbaycanın bank bazarında analoqu olmayan növbəsiz ödəniş xəttini təqdim edib

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Azərbaycan bankı "Bank of Baku" yenilikçi bank olduğunu bir daha sübut edərək müştərilərin rahatlığı üçün və onların vaxtına qənaət etmək məqsədilə Azərbaycanın bank bazarında analoqu olmayan "Telefon Bankçılıq - 145" növbəsiz ödənişlər xəttini açıb. Bu barədə bankın məlumatında deyilir.

Bu xidmət vasitəsilə müştərilər banka gəlmədən ölkənin istənilən yerindən istənilən vaxt kredit ödənişlərini istənilən telefonla həyata keçirə və hesabları barədə məlumat ala bilərlər. Bunun üçün isə sadəcə istənilən telefon (mobil və ya şəhər), "Bank of Baku"nun təqdim etdiyi müştəri kodu (müştəri kodu kreditin ödənişi zamanı bankın eksperti tərəfindən müştəriyə verilir) və MilliKart plastik kart sahibi (yaxın zamanda bütün prosessinq mərkəzlərinin kartlarının sahibi) olmaq kifayətdir.

Beləliklə, sistemə daxil olmaq üçün ardıcıl olaraq 145 nömrəsini yığıb dil seçimini etmək, müştəriyə bank tərəfindən verilən müştəri kodunu sistemə daxil etmək, sistem tərəfindən təqdim edilən siyahıdan kredit növünü seçmək lazımdır.

Sistemə daxil olarkən plastik kart məlumatlarının təqdimatından asılı olmayaraq müştərilərə əsas borc, faiz borcu, hesablanmış cərimə və bu günə ödənilməli borc barədə məlumatlar verilir. Ödəniş aparmaq üçün ödəniş menyusunu seçib plastik kartın nömrəsini, son istifadə tarixini, kartın arxa tərəfində göstərilən CVV/CVC üçrəqəmli kodu və ödəniləcək məbləği daxil etmək tələb olunur.

Kod yalnış göstərildikdə həmin telefon nömrəsindən sistemə daxilolma 15 dəqiqəlik bloklaşdırılır. İş saatlarından kənar daxil olan ödənişlər növbəti iş günü tarixi ilə qəbul edilir.

Müştərilərin rahatlığı naminə şəhər və ya mobil telefon vasitəsilə məlumat alaraq və ödəniş edərək onları bütün mərhələlərdə müşayiət edəcək bankın elektron bələdçisi mövcuddur.

Bundan əlavə, bank internet-istifadəçilərini nəzərə alaraq öz yenilənmiş korporativ saytında "Onlayn-məsləhətçi" xidmətinə də start verib. Bu xidmət vasitəsilə müştərilər iş saatlarında qısa müddət ərzində onları maraqlandıran bütün suallara ətraflı cavab ala bilərlər.

"Bank of Baku"nun yeni texnologiyaları, məhsul və xidmətləri haqqında əlavə məlumatı bankın Məlumat mərkəzində 145 nömrəli telefon vasitəsilə və ya bankın "www.bankofbaku.com" veb-saytında əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti