...

"Azersun Holding" Qazaxıstanla əməkdaşlıq perspektivlərini nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2010 19:21 (UTC +04:00)
"Azersun Holding" Qazaxıstanla əməkdaşlıq perspektivlərini nəzərdən keçirir. Bu barədə şirkətin rəhbəri Abdulbari Gözəl Qazaxıstanın Milli Şirkəti "İpək yolu - Qazaxıstan" QSC-nin rəhbəri Əsgər Qulubayovla görüşdə bildirib.

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir E.İsmayılov/

"Azersun Holding" Qazaxıstanla əməkdaşlıq perspektivlərini nəzərdən keçirir. Bu barədə şirkətin rəhbəri Abdulbari Gözəl Qazaxıstanın Milli Şirkəti "İpək yolu - Qazaxıstan" QSC-nin rəhbəri Əsgər Qulubayovla görüşdə bildirib.

"İndiyədək bizim məqsədimiz daxili bazarın təlabatını ödəməkdən ibarət olub. Lakin indi zavodlarımızın gücü ixrac potensialı kimi yüksəkdir", - Gözəl qeyd edib. İndi tərəflər həm Azərbaycanda, həm də Qazaxıstan ərazisində qarşılıqlı əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər.

Gözəlin sözlərinə görə, Qulubayovun Bakıya gəlişi tərəflər arasında əməkdaşlığa təkan verəcək. Bu, iki ölkə arasında münasibətlərə və iki ölkənin iş adamları arasında əməkdaşlığa da təsir göstərəcək. Hazırda holdinq Qazaxıstana konserv, çay və kənd təsərrüfatı məhsullarının digər növlərini ixrac edir. Qazaxıstan neft sektorunda Azərbaycanın tərəfdaşıdır, lakin ölkə neftdən başqa kənd təsərrüfatı kimi digər resurslara da malikdir. Qazaxıstan böyük taxıl istehsalçısıdır.

Qazaxıstan tərəfi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı təkliflə də çıxış edib.

"Azersun Holding" 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyət sahələri çay, bitki yağlarının emalı və qablaşdırılması, ticarət və distribüterlik, inşaat, bank işi, sığorta, karton-kağız məmulatlarının, ət və tərəvəz konservlərinin istehsalı, yüklərin daşınması, saxlanması və s.-dən ibarətdir.

Xəbər lenti

Xəbər lenti