...

2009-cu ildə Gürcüstanda birbaşa xarici investisiyalar 650 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2010 12:28 (UTC +04:00)
2009-cu ildə Gürcüstanda birbaşa xarici investisiyalar 650 milyon dolları ötüb ki, bu da 2008-ci ildə olduğundan 58 faiz azdır. Bu barədə "Gürcüstanstat" Milli Statistika Xidməti məlumat verir.
2009-cu ildə Gürcüstanda birbaşa xarici investisiyalar 650 milyon dolları ötüb

Gürcüstan, Tbilisi, 24 avqust /Trend, müxbir N.Kirsxaliya/

2009-cu ildə Gürcüstanda birbaşa xarici investisiyalar 650 milyon dolları ötüb ki, bu da 2008-ci ildə olduğundan 58 faiz azdır. Bu barədə "Gürcüstanstat" Milli Statistika Xidməti məlumat verir. İdarənin məlumatına görə, 2009-cu ildə ən iri sərmayədar BƏƏ olub. Bütün xarici sərmayələrdə onun payı 62 faiz təşkil edib. BƏƏ Gürcüstana 162,8 milyon dollar həcmində sərmayə qoyub.

İkinci yerdə 97,9 milyon dollarla Türkiyə gəlir. Üçüncü ən iri sərmayədar Panama olub. Bu ölkə ötən il Gürcüstana 74,7 milyon dollar sərmayə qoyub.

Ən çox investisiya (147,4 milyon dollar) daşınmaz əmlak sektoruna qoyulub ki, bu da bütün investisiyaların 22 faizini təşkil edir.

Xarici sərmayədarlar üçün sənaye (bütün investisiyaların 21,2 faizi), inşaat (16 faiz) və rabitə (15 faiz) kimi sektorlar da cəlbedici olub.

Xəbər lenti

Xəbər lenti