...

"Azərbaycan Dəmir Yolları" QSC ilin birinci yarısında 82,3 milyon manat məbləğində gəlir əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2010 14:54 (UTC +04:00)
Yanvar-iyun ayında "Azərbaycan Dəmir Yolları" QSC yük və sərnişinlərin daşınması üzrə xidmətlərin göstərilməsindən 82,3 milyon manat məbləğində gəlir əldə edib. Bu barədə QSC-nin rəhbəri Arif Ələsgərov "Respublika" qəzetinə müsahibəsində deyib.
"Azərbaycan Dəmir Yolları" QSC ilin birinci yarısında 82,3 milyon manat məbləğində gəlir əldə edib

Azərbaycan, Bakı, 26 avqust / Trend, müxbir E.İsmayılov/

Yanvar-iyun ayında "Azərbaycan Dəmir Yolları" QSC yük və sərnişinlərin daşınması üzrə xidmətlərin göstərilməsindən 82,3 milyon manat məbləğində gəlir əldə edib. Bu barədə QSC-nin rəhbəri Arif Əsgərov "Respublika" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ilin birinci yarısında əldə olunan gəlirin ümumi həcmindən 70,9 milyon manat yüklərin, yerdə qalan 11,4 milyon manat isə sərnişindaşımalarının payına düşür.

Yanvar-iyun aylarının nəticələrinə görə, QSC-nin xərcləri 75,8 milyon manat, mənfəəti isə 6,5 milyon manat olub.

Bu dövr ərzində QSC-nin xərclədiyi vəsaitlərin ümumi həcmindən 28,2 milyon manat əmək haqlarının ödənilməsinə, 6,6 milyon manat sosial müdafiə fonduna yönəldilib, 9,1 milyon manat müxtəlif vergilər şəklində dövlət büdcəsinə, 16,6 milyon manat istifadə olunan elektrik enerjisinə görə ödənilib, 15,3 milyon manat isə müxtəlif materiallara xərclənib.

Yanvar-iyun aylarında QSC 10,7 milyon ton yük daşıyıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,1 faiz (618 min ton) çoxdur. Daşınan yüklərin bu həcmindən neft yüklərinin payına altı milyon ton düşüb. Eləcə də bu dövrdə QSC 2,64 milyondan artıq sərnişin daşıyıb.

Göstərilən dövrdə altıkilometrlik dəmir yolunun əsaslı təmiri, 7,7 kilometrlik yolda isə orta təmir aparılıb. Eləcə də daxili vəsaitlər hesabına üç elektrovozun və yeddi teplovozun cari təmiri həyata keçirilib. 1 559 yük vaqonu depoda təmir olunub ki, onlardan 379-u əsaslı təmir edilib. Bundan başqa, sənaye müəssisələri üçün vaqonların təmiri həyata keçirilib. O cümlədən, 106 vaqon əsaslı təmir edilib, depoda isə 698 vaqon təmir olunub. Onlardan 677-si sistern, yerdə qalanları isə başqa tipdən olan vaqonlardır.

Yanvar-iyunda 72 konteyner planlı cari, 99 konteyner isə əsaslı təmirdən keçib.

Xəbər lenti

Xəbər lenti