...

Qazaxıstan Azərbaycana 500 min tondan çox taxıl göndərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2010 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir S.Süleymanov/

Qazaxıstan Azərbaycana 500 min tondan çox taxıl göndərib. Bu barədə çərşənbə axşamı Trend-ə "Prodkorporasiya" MŞ SC-nin rəhbəri Ruslan Əzimov deyib.

"Qazaxıstan artıq Azərbaycana 500 min tondan çox taxıl göndərib", - Əzimov qeyd edib.

Onun məlumatına görə, cari marketinq ilində Qazaxıstan Azərbaycan bazarına bir milyon tonadək qazax buğdasını tədarük etmək niyyətindədir.

Bundan əvvəl ixracın həcmi ildə 700-800 min tonu ötməyib.

"Bizim taxılımızın hamısı Azərbaycan bazarı üçün nəzərdə tutulub. Biz eyni zamanda bu ölkənin hökuməti tərəfindən gətirilən taxıla gömrük rüsumunun azaldılması məsələsini də qaldırmışıq və buna baxılacağına söz verilib", - Əzimov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan şirkətinin və Azərbaycan tərəfinin birgə səyləri nəticəsində tikilən taxıl anbarına İrandan da taxıl gəlir.

"Bu il İranda yaxşı taxıl məhsuldarlığı var. Və bu ölkə də Azərbaycana bizim taxıl terminalımıza öz malını tədarük edir. Əmirabaddan Bakıdakı terminala artıq təxminən 50 min tona yaxın yem taxılı daxil olub", - Əzimov qeyd edib.

Onun məlumatına görə, İran taxılının bir hissəsi Qazaxıstan taxılı ilə (adətən həmişə yaxşılaşdırıcı qismində istifadə olunur) qarışdırılacaq və taxıl terminalında fəaliyyət göstərən dəyirman kompleksində emal ediləcək.

Xəbər lenti

Xəbər lenti