...

Amerikanın "DuPont" Elmi İnnovasiya Şirkəti Azərbaycan bazarında iştirakının genişləndirilməsində maraqlıdır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2010 15:22 (UTC +04:00)
Amerikanın "DuPont" Elmi İnnovasiya Şirkəti ARDNŞ-lə onun yanacaqdoldurma məntəqələrinin korian materialı ilə üz çəkilməsinə dair beşillik birgə layihəyə başlayıb. Bu barədə çərşənbə günü Bakıda mətbuat konfransında şirkətin Avropadakı satış üzrə meneceri Jordi Kavalda deyib.
Amerikanın "DuPont" Elmi İnnovasiya Şirkəti Azərbaycan bazarında iştirakının genişləndirilməsində maraqlıdır (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir A.Axundov/

Amerikanın "DuPont" Elmi İnnovasiya Şirkəti ARDNŞ-lə onun yanacaqdoldurma məntəqələrinin korian materialı ilə üz çəkilməsinə dair beşillik birgə layihəyə başlayıb. Bu barədə çərşənbə günü Bakıda mətbuat konfransında şirkətin Avropadakı satış üzrə meneceri Jordi Kavalda deyib.

"Layihə iki il ərzində hazırlanıb, onun həyata keçirilməsinə isə yarım il bundan əvvəl başlanılıb. Layihə çərçivəsində "DuPont" şirkəti Azərbaycana 25 min kvadratmetrə yaxın korian materialı gətirəcək. Bu layihə Azərbaycan bazarında iştirakımızı genişləndirməyə imkan verəcək", - Kavalda bildirib.

Korian "DuPont" şirkətinin 1967-ci ildə icad etdiyi tərkib materialdır.

"Biz Azərbaycanda korian istehsal etmirik, biz onu yalnız satırıq", - Kavalda qeyd edib.

Onun sözlərinə görə, korian ARDNŞ-nin yalnız Azərbaycahda olan yanacaqdoldurma məntəqələrində istifadə olunacaq.

"Bu mateialla üzçəkilmə böyük əl əməyi tələb edir. Bu işi bir neçə yerli şirkət yerinə yetirir. Onlardan biri "Palitra" şirkətidir", - Kavalda vurğulayıb.


Onun sözlərinə görə, korianı mətbəx mizlərinin hazırlanmasında, mətbəxlərin və hamam otaqlarının bölünməsində, mebel predmetləri, pəncərə altlıqları və divarlara üz çəkilməsində istifadə etmək olar.

Mətbuat konfransında iştirak edən şirkətin Mərkəzi və Şərqi Asiya üzrə vitse-prezidenti Jan Lük Düraminin sözlərinə görə, şirkət hələ ki Azərbaycanda yalnız neft-qaz və tikinti sektorunda işləməyi planlaşdırır.

"Biz hələ ki Azərbaycanda yalnız neft-qaz və tikinti sektorunda işləməyə hazırlaşırıq. Bizim yol tikintisi üçün də məhsul var. Lakin indi ölkənin ərzaq sektorunda da iştirakımızı nəzərdən keçiririk", - Dürami qeyd edib.


Onun sözlərinə görə, şirkətin Azərbaycana hələ ki investisiya yatırmaq niyyəti yoxdur, lakin ölkədə ştatın tədricən genişləndirilməsi planlaşdırılır.

"Belə ki, biz indi-indi Azərbaycan bazarına çıxırıq, bizim ölkədə hələ ki yalnız bir işçimiz var. Lakin Bakı ofisi genişlənəndə yerli işçilər götürməyə hazırlaşırıq", - Dürami bildirib.
Düraminin sözlərinə görə, "DuPoint" geniş spektr kimyəvi materiallar buraxmaqla, bu sahədə geniş innovasiya tədqiqatları aparır. Şirkət polimer və ona oxşar materialların ixtiraçısı və istehsalçısıdır. Onların arasında neopron, neylon, teflon, kevlar, maylar və digər materiallar var.

1802-ci ildə ABŞ-da yaradılan "DuPont" şirkəti dünyanın elmi və sənaye transmilli korporasiyaları arasında ən böyük şirkətlərdən hesab edilir. Şirkət 75 ölkədə fəaliyyət həyata keçirir. Şirkətdə 60 minə yaxın insan çalışır. O, öz işləmələrini, əsasən, tikinti, ərzaq sektoru, kənd təsərrüfatı, neft-qaz sahəsində istifadə edir.

Xəbər lenti

Xəbər lenti