...

Avqustda Daşkənddə təkrar mənzillərin orta qiyməti 1 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2010 10:39 (UTC +04:00)
Avqustda Daşkənddə təkrar mənzil bazarı üzrə təkliflərin orta qiyməti iyulla müqayisədə bir kvadratmetrə görə 1,1 faiz artıb. Bu barədə "Avesta Research" analitik mərkəzi məlumat verir.
Avqustda Daşkənddə təkrar mənzillərin orta qiyməti 1 faiz artıb

Özbəkistan, Daşkənd, 23 sentyabr /Trend, müxbir D.Əzizov/

Avqustda Daşkənddə təkrar mənzil bazarı üzrə təkliflərin orta qiyməti iyulla müqayisədə bir kvadratmetrə görə 1,1 faiz artıb. Bu barədə "Avesta Research" analitik mərkəzi məlumat verir.

Mərkəzdən beşkilometrlik radiusda yerləşən rayonlarda təkliflərin orta qiyməti 2,3 faiz, yəni bir ay əvvəlki 805 dollardan 787 dollaradək azalıb. Mərkəzdən 5 kilometrdən 10 kilometrədək radiusda yerləşən rayonlarda mənzillərin bir kvadratmetri, orta hesabla, 0,2 faiz - 581 dollardan 582 dollaradək bahalaşıb. Mərkəzdən 10 kvadratmetr və daha uzaq məsafədə yerləşən rayonlarda isə qiymətlər 0,6 faiz bahalaşaraq, iyul ayındakı 424 dollardan 427 dollara qalxıb.

Bu zaman təkrar mənzillərin hər kvadratmetrinin maksimum qiyməti avqustda 2 121 dollar (iyulda 1 733 dollar), minimal qiyməti isə 182 dollar səviyyəsində saxlanılıb.

"Avesta Research"in məlumatına görə, avqustda paytaxtdakı mənzillərin orta aylıq icarə haqqı 7,6 faiz azalaraq, hər kvadratmetr üçün 4,7 dollardan 4,4 dollara düşüb.

Yayın son ayında ofis daşınmaz əmlakının qiyməti 5,9 faiz - 673 dollardan 713 dollaradək, ofislərin hər kvadratmetrinin orta aylıq icarə haqqı 15,3 faiz artaraq, iyuldakı 7 dollardan 8,1 dollaradək bahalaşıb.

Xəbər lenti

Xəbər lenti