...

Azərbaycan ərazisində sellər haqqında xəbərdarlıq etmək üçün yarım milyard manat lazımdır - "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2010 14:39 (UTC +04:00)
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC Azərbaycan hökumətinə ölkə ərazisində sellərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün vəsaitlərin ayrılması ilə bağlı müraciət edib. Bu barədə cümə axşamı ASC sədrinin birinci müavini Məmmədsadıx Quliyev deyib.
Azərbaycan ərazisində sellər haqqında xəbərdarlıq etmək üçün yarım milyard manat lazımdır - "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.Xəlilova/

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC Azərbaycan hökumətinə ölkə ərazisində sellərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün vəsaitlərin ayrılması ilə bağlı müraciət edib. Bu barədə cümə axşamı ASC sədrinin birinci müavini Məmmədsadıx Quliyev deyib.

"Araz və Kür çayları, ondan ayrılan qol çayları yaxınlığında sahilbərkidici işlərin görülməsi üçün 500 milyon manatdan çox vəsait tələb olunur, lakin biz başa düşürük ki, bu məbləği eyni vaxtda ayırmaq mümkün deyil", - Quliyev qeyd edib.

Onun sözlərinə görə, sahilbərkidici işlər 1,4 milyon km-dən çox ərazidə görülməlidir.

"Hazırda ASC öz vəsaitləri hesabına 50 kilometrlik ərazidə işləri başa çatdırır", - sədr müavini deyib. - "Sellərin qarşısının alınması üçün, ilkin olaraq, təbii fəlakətlərin yaranmasına daha çox təhlükə olan Sabirabad, Salyan, Neftçala, Saatlı rayonları ərazisində Kür çayı sahili yaxınlığında yerləşən dambalar (torpaq bəndləri) bərpa edilməlidir".

Gələcəkdə analoji tədbirlərin həyata keçirilməsi üçün dövlət köməyinin göstərilməsi gözlənilir. Bu işlərin görülməsində xarici kreditlərin alınması prosedurlarının uzun olması səbəbindən, yalnız dövlət vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur, - Quliyev vurğulayıb.

"2010-cu ilin sonunadək başqa ərazidə 50 kilometr həcmində sahilbərkidici işlərin aparılması mümkündür. Bununla əlaqədar dövlət büdcəsindən vəsaitlərin alınması gözlənilir", - sədr müavini bildirib.

Bu il Kür çayının 40 rayon ərazisində məcrasından çıxması nəticəsində daşqın halları qeydə alınıb. Təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 000 min ev qəzalı vəziyyətdə, 50 min hektardan çox yaylaq və otlaqlıqlar su altında qalıb.

Sentyabrın 23-nə rəsmi məzənnə 0,803 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti