...

Azərbaycanda antiinhisar qanunvericiliyinin tələblərini pozduğuna görə ərzaq mallarının qablaşdırılması şirkəti cərimə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2010 20:27 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Murad İM" MMC-yə 1,9 min manat maliyyə sanksiyası tətbiq edib.
Azərbaycanda antiinhisar qanunvericiliyinin tələblərini pozduğuna görə ərzaq mallarının qablaşdırılması şirkəti cərimə olunub

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Murad İM" MMC-yə 1,9 min manat maliyyə sanksiyası tətbiq edib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

"MMC-yə qarşı antiinhisar qanunvericiliyinin tələblərini pozduğuna görə iş açılıb", - məlumatda qeyd edilib.

Aparılan yoxlama nəticəsində qablaşdırılarkən üzərində istehsalçısı, tərkibi, saxlanma şəraiti və istehsal tarixi barədə məlumatlar düzgün göstərilmədiyinə görə satışı dayandırılmış "Sevimli" adlı 1,5 ton məhsulun qablaşdırılması və markalanmasının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, mənşəyi bəlli olmayan 1,3 ton noxud və noxud ləpəsinin satışının qadağan edilməsi, eləcə də üzərində istehlakçıları çaşdıran məlumatların əks olunduğu 5580 ədəd qablaşdırma materiallarının məhv edilməsi barədə müəssisəyə icrası məcburi göstəriş verilib.

Sentyabrın 24-nə olan rəsmi məzənnə 0,8030 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti