...

Dünya Bankının missiyası Azərbaycanda su təchizatı sahəsində layihələrin icmalını aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2010 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir N.İsmayılova/

Dünya Bankının (DB) missiyası Azərbaycanda su təchizatı sahəsində həyata keçirilən layihələrin icmalını aparır. Bu barədə bazar ertəsi DB-nin Bakı nümayəndəliyindən bildiriblər.

Bank nümayəndəliyindən bildirildiyinə görə, oktyabrın 1-dək Bakıya gələcək missiyaya su təchizatı sektoru bölməsinin meneceri Vael Zakut başçılıq edəcək. Missiyanın əsas məqsədi bankın su təchizatı bölməsində reallaşdırdığı layihələrin, Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiyalar sisteminin yaxşılaşdırılması üzrə birinci və ikinci layihələrin icmalının keçirməsidir, eləcə də Hövsan aerasiya stansiyasından kanalizasiya sularının Xəzər dənizinə axıdılması üzrə tikinti layihəsinin hazırlanmasıdır.

DB 22 rayonu əhatə edən ümumi dəyəri 310 milyon dollar birinci su layihəsinə 230 milyon dollar ayırıb. Birinci layihənin həyata keçirilməsi nəticəsində ən azı 700 min nəfər su ilə təmin olunacaq, həmçinin, onlar kanalizasiya xidmətlərindən də istifadə edə biləcəklər. Bu layihəni reallaşdırmaq 2012-ci ilə qədər nəzərdə tutulub.

Dünya Bankının Azərbaycanın kiçik şəhərlərinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üzrə ikinci layihəsi 21 rayonu əhatə edir, onlardan beşi Naxçıvan Muxtar Respublikasında, qalanları Kürdəmir, Ucar, Zərdab və digər rayonlara aiddir.

Hövsan aerasiya stansiyasından kanalizasiya sularının Xəzər dənizinə axıdılması üzrə tikinti layihəsinin ilkin dəyəri 109 milyon dollar təşkil edir. Bu məbləğin 92 milyonu Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (DB-nin qrupuna daxildir) xəttindən ayırılacaq.

Hövsanda çirkab sularının təmizlənməsi üzrə tədbirlərin həyata keçirilməsi Fransa bankının kredit vasitələri hesabına başlayıb. Hazırda аerasiya stansiyasında Fransa texnologiyası üzrə yenidən avadanlıqla təchiz olunma işləri gedir, buna əsasən çirkab sular dənizə atılmazdan əvvəl təmizlənəcək. Lakin dənizə çirkab sularının atılması üçün daha uzun borunun çəkilməsi üçün əlavə vəsaitlər tələb olunur və DB bu məsələnin reallaşdırılmasını öz üzərinə götürüb. Layihə üzrə stansiya Bakının mərkəzindən 15 kilometrlikdə yerləşəcək.

Xəbər lenti

Xəbər lenti