...

Azərbaycan Beynəlxalq Bankı elektron bankinq xidmətlərini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2010 16:52 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) "Connect" telekommunikasiya şirkəti ilə ABB-nin buraxdığı plastik kartlar vasitəsilə şirkətin xidmətlərinə görə ödənişin həyata keçirilməsi imkanları haqqında saziş imzalayıb.
Azərbaycan Beynəlxalq Bankı elektron bankinq xidmətlərini genişləndirir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Azərbaycan Beynəlxalq Bankı (ABB) "Connect" telekommunikasiya şirkəti ilə ABB-nin buraxdığı plastik kartlar vasitəsilə şirkətin xidmətlərinə görə ödənişin həyata keçirilməsi imkanları haqqında saziş imzalayıb. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

ABB mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin sözlərinə görə, bank xidmətlər spektrinin inkişafını və elektron bankinq infrastrukturunun genişləndirilməsini davam etdirir.

Ağayevin sözlərinə görə, daha populyar olan elektron bankinq xidmətlərindən biri kommunal və telekommunikasiya xidmətlərinin ödənişidir. Bu günlərdə müştərilərin belə ödənişləri həyata keçirə biləcəkləri şirkətlər sırasına "Connect" telekommunikasiya şirkəti qoşulub. Beləliklə, aralarında "Azercell", "Bakcell", "Nar Mobile", "Bakıelektrikşəbəkə", "Azeronline", "Elcell", Beynəlxalq Sığorta Şirkəti və digərlərinin də olduqları 10-dan artıq şirkət elektron bankinq xidmətləri infrastrukturudur.

"İndi "Connect" şirkətinin müştəriləri internet və ya kabel televiziyası xidmətlərinə görə ABB-nin bank kartları vasitəsilə bankın istənilən bankomat və ya informasiya köşkündə, yaxud internet-bankinq və ya mobilbank sistemlərində ödəniş həyata keçirə bilərlər", - məlumatda deyilir.

Ağayevin sözlərinə görə, şirkətin elektron bankinq xidmətlərinə tələb getdikcə artır. Belə ki, əgər 2007-ci ildə elektron bankinqin bütün kanalları vasitəsilə 4,88 milyon manat məbləğində 243,8 min əməliyyat keçirilmişdisə, 2008-ci ildə bütün növ əməlıiyyatların həcmi 366,3 min (artım 33,4 faiz) və onların ümumi məbləği 7,97 milyon manat (artım 38,8 faiz) təşkil edib. Müsbət dinamika 2009-cu ildə də saxlanılıb: 13,6 milyon manat məbləğində 498,7 min əməliyyat. Bu, 2010-cu ilin birinci və ikinci rüblərində 264 mini ötüb, ümumi məbləğ isə 8,3 milyon manat təşkil edib.

Sentyabrın 27-nə olan rəsmi məzənnə 0,8029 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti