Gürcüstanın Baş naziri Nikoloz Gilauri çərşənbə günü bəyan edib ki, Türkiyə onun ölkəsinin ən iri ticarət tərəfdaşıdır. Bu barədə "Anadolu" agentliyi məlumat verib.
İstanbulda keçirilən II Qara dəniz İqtisadi və Enerji Forumunun açılışında çıxış edərkən Gilauri bildirib ki, Gürcüstandakı investisiyaların nisbətən daha çox həcmi də Türkiyəyə məxsusdur.
Gilauri Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin vacibliyini qeyd edərək əlavə edib ki, türk və gürcü nazirlər BTC boru kəmərinin yüksəkgərginlikli EÖX-a tələbatın artmasına gətirib-çıxarmasından sonra, iki ölkə arsında yüksəkgərginlikli xəttin tikintisi haqqında saziş imzalanıb.
Gilauri bəyan edib ki, əgər keçmişdə onun ölkəsində elektrik enerjisinin kəsilməsi ən böyük problemlərdən biri idisə, hazırda Gürcüstan Rusiya, Türkiyə, Azərbaycan və Ermənistana enerji satışına başlayıb.
"Gürcüstan regionda və Avropada enerji təhlükəsizliyinin əsas mərkəzlərindən biri olub. Şimaldan-Cənuba və Şərqdən-Qərbə enerji xətləri Gürcüstandan keçir. Biz enerji təhlükəsizliyi üçün enerjinin şaxələndirilməsinin əhəmiyyətini dərk edirik", - Baş nazir bildirib.