...

Azərbaycanda 5 000-dən çox arxitektor fəaliyyət göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2010 14:34 (UTC +04:00)
Azərbaycanda 5 000-dən çox arxitektor fəaliyyət göstərir, - Arxitektorlar Şurasının rəhbəri Abbas Ələsgərov Bakıda Ümumdünya arxitektura günü münasibətilə tədbirdə çıxış edərkən deyib. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şənbə günü yayılan məlumatında deyilir.
Azərbaycanda 5 000-dən çox arxitektor fəaliyyət göstərir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda 5 000-dən çox arxitektor fəaliyyət göstərir, - Arxitektorlar Şurasının rəhbəri Abbas Ələsgərov Bakıda Ümumdünya arxitektura günü münasibətilə tədbirdə çıxış edərkən deyib. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şənbə günü yayılan məlumatında deyilir.

Azərbaycanda şəhərsalma və arxitektura sahəsində 200-dən çox təşkilat və firma da fəaliyyət göstərir.

Onun sözlərinə görə, son illər Azərbaycanda gənc arxitektorların peşəkarlıq səviyyəsi ciddi şəkildə artıb.
Ümumdünya arxitektura günü - arxitektor və arxitektura əsərlərini sevənlərin beynəlxalq peşə bayramı hər il oktyabrın ilk bazar ertəsində qeyd edilir.

Xəbər lenti

Xəbər lenti