...

Azərbaycanda sementin keyfiyyətinin yoxlanılması üzrə iki yeni standart təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2010 19:22 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS EN 413-2-2010 "Hörgü və suvaq sementi, 2-ci hissə: sınaq üsulları", AZS İSO 29581-2-2010 "Sementin sınaq üsulları, 2-ci hissə: Rentgen flüoressensiya üsulu ilə kimyəvi analiz" dövlət standartlarını təsdiq etmişdir. Standartların tətbiq vaxtı 01.11.2010-cu ildən müəyyən edilib. Bu barədə komitənin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Azərbaycanda sementin keyfiyyətinin yoxlanılması üzrə iki yeni standart təsdiq edilib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Axundov/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS EN 413-2-2010 "Hörgü və suvaq sementi, 2-ci hissə: sınaq üsulları", AZS İSO 29581-2-2010 "Sementin sınaq üsulları, 2-ci hissə: Rentgen flüoressensiya üsulu ilə kimyəvi analiz" dövlət standartlarını təsdiq etmişdir. Standartların tətbiq vaxtı 01.11.2010-cu ildən müəyyən edilib. Bu barədə komitənin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Standartlar noyabrın 1-dən etibarən tətbiq ediləcək.

AZS EN 413-2-2010 "Hörgü və suvaq sementi, 2-ci hissə: sınaq üsulları" standartı hörgü sementinin EN 413-1 standartına uyğunluğunun qiymətləndirilməsi üçün istifadə olunmalı etalon və alternativ sınaq üsullarını müəyyən edərək, təzə sement məhlulunun konsistensiyası, hava və susaxlama xüsusiyyətlərinin sınağına aiddir. Hər hansı mübahisə yarandığı təqdirdə, yalnız etalon üsullardan istifadə olunmalıdır. Standart sınağın ümumi tələblərinin, tutma vaxtının təyin edilməsini, standart sement məhlulun hazırlanmasını, susaxlama keyfiyyətini və hava tərkibinin miqdarını müəyyən edir.

AZS İSO 29581-2-2010 "Sementin sınaq üsulları, 2-ci hissə: rentgen flüoressensiya üsulu ilə kimyəvi analiz" dövlət standartı isə rentgen flüoressensiya (XRF) üsulundan istifadə olunmaqla, SiO2, Al2O3, Fe2O3, CaO, MgO, SO3, K2O, Na2O, TiO2, P2O5, Mn2O3, SrO, Cl üçün sementin kimyəvi analizi metoduna əsaslanan fəaliyyəti təsvir edir. Müvafiq kalibrləmə aparıldıqda bu, digər müvafiq elementlərə də tətbiq oluna bilər.

Hər iki standart "CİMEX" MMC və "Garadagh cement" ASC-nin mütəxəssislərinin iştirakı ilə işlənib.

Xəbər lenti

Xəbər lenti