...

Azərbaycan rayonunda 400 min manatdan çox güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2010 18:22 (UTC +04:00)
Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zərdab rayonunun 34 sahibkarına güzəştli şərtlərlə 406 min manat məbləğində kredit verib.
Azərbaycan rayonunda 400 min manatdan çox güzəştli kredit verilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir N.İsmayılova/

Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zərdab rayonunun 34 sahibkarına güzəştli şərtlərlə 406 min manat məbləğində kredit verib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

"Bu kreditlər hesabına 60 yeni iş yerinin açılması nəzərdə tutulur", - məlumatda deyilir.

Cümə günü SKMF Zərdab rayonunda Aran iqtisadi zonasının 250-yə yaxın sahibkarının iştirakı ilə novbəti tədbir keçirib.

Tədbir çərçivəsində Zərdab rayonunda layihələrin güzəştli maliyyələşdirilməsi üçün prioritet sahələr də müəyyənləşdirilib.

Tədbir iştirakçıları Göyçay rayonundakı "Parallel" MMC-yə məxsus tutumu 2 min ton olan müasir soyuducu anbar kompleksinin fəaliyyətinə, "Göyçay-Konyak Zavodu" ATSC-nin inşa etdirdiyi illik istehsal gücü 100 min litr konyak spirti olan üzüm emalı zavodunda və Ağdaş rayonunda "Türyançay FT" ASC-nin inşa etdirdiyi 800 başlıq südlük istiqamətli cins iribuynuzlu müasir heyvandarlıq kompleksində aparılan tikinti işlərinə baxış keçiriblər.

Tədbir çərçivəsində keçirilən treninqdə sahibkarlara güzəştli kreditlərin əldə olunması proseduru, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsi barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti