...

Bakıda IV Azərbaycan-Yunanıstan biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2010 20:59 (UTC +04:00)
Noyabrın 29-da Bakıda iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının üçüncü iclası çərçivəsində IV Azərbaycan-Yunanıstan biznes-forumu keçiriləcək. Bu barədə çərşənbə günü Yunanıstanın Azərbaycandakı Səfirliyindən verilən məlumatda deyilir.
Bakıda IV Azərbaycan-Yunanıstan biznes-forumu keçiriləcək

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir N.İsmayılova/

Noyabrın 29-da Bakıda iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının üçüncü iclası çərçivəsində IV Azərbaycan-Yunanıstan biznes-forumu keçiriləcək. Bu barədə çərşənbə günü Yunanıstanın Azərbaycandakı Səfirliyindən verilən məlumatda deyilir.

Yunan biznesmenlərinin fəaliyyət sahəsi haqqında bütün lazımi məlumatı Yunanıstanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Ticarət-Sənaye Palatası, Səmərəlilik və Rəqabətqabiliyyətlilik üzrə Milli Mərkəz, Azərbaycan Françayzinq Assosiasiyasından əldə etmək olar.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycan və Yunanıstan arasında mal mübadiləsi bu ilin yanvar-avqust aylarında 104,081 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti