...

Azərbaycan və Niderland kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2010 17:33 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüftatı naziri İsmət Abasovun başçılıq etdiyi nümayəndə heyəti "Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və iqlim dəyişiklikləri" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Niderlanddadır.
Azərbaycan və Niderland kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edirlər

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın kənd təsərrüftatı naziri İsmət Abasovun başçılıq etdiyi nümayəndə heyəti "Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və iqlim dəyişiklikləri" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Niderlanddadır. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Səfər oktyabrın 31-dən noyabrın 5-dək davam edəcək.

Abasov səfər çərçivəsində Niderland Krallığı Senatının sədri Rene van der Lindenlə görüşüb və iki ölkə arasında kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və iqlim dəyişiklikləri sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edib.

Xəbər lenti

Xəbər lenti