Özbəkistan, Daşkənd, 5 noyabr /Trend, xüsusi müxbir V.Javoronkova/
Bir aydan sonra Özbəkistan milli sərgisinin keçirilməsi barədə müvafiq tapşırıqlar verilib. Bu barədə cümə günü jurnalistlərə Daşkənddə keçirilən "Azərbaycanın nailiyyətləri" Milli sərgisi çərçivəsində iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.
"Belə sərginin keçirilməsi ticari-iqtisadi əlaqələrin siyasi münasibətlər müstəvisinə çatdırılmasında ilk addımdır", - Mustafayev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda istehsal olunan məhsul rəqabət qabiliyyətlidir və ixrac üçün yararlıdır.
"Eyni zamanda, neft sektorundakı uğurlara diqqət yetirə bilərsiniz. Sənaye istehsalının həcmi dəfələrlə artıb. Azərbaycanda istehsal olunan məhsul rəqabət qabiliyyətlidir və ixrac üçün yararlıdır. Bura xüsusi elektrotexniki məhsullar, kənd təsərrüfatı və sənaye məhsullarını aid etmək olar. Bu baxımdan Azərbaycanın neft-qaz sektorundakı ixrac potensialı ona öz məhsulunu satmağa imkan verir. Və buna görə də bu sərginin rolu mühümdür", - Mustafayev qeyd edib.
Onun sözlərinə görə, Özbəkistan əhalisi sərgiyə böyük maraq göstərir.
"Sənaye məhsulları, xüsusən, neft maşınqayırması məhsulları diqqət çəkir. Qida məhsulları arasında balıq məhsulları böyük marağa səbəb olub. Tikinti materiallarına da böyük maraq var", - Mustafayev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan məhsulunun həm Özbəkistana ixracı, həm də Özbəkistanda istehsalına imkan var.
"Məsələn, tikinti materialları müəssisələri burada Özbəkistanla birgə müəssisənin yaradılması ilə bağlı danışıqlara başlayıb. İkitərəfli münasibətlərin qurulması ilə əlaqədar istək var, danışıqlar gedir və ikitərəfli görüşlər zamanı maraq göstərən iş adamlarını detalların müzakirəsi və hansısa razılığa gəlmək üçün bir masa arxasına oturtmaq planlaşdırılır", - Mustafayev qeyd edib.
Bu, Azərbaycanın xaricdə ilk Milli sərgisidir. Sərgi 4550 kvadratmetr ərazidə yerləşib. Tədbirdə Azərbaycan rəsmiləri və 170-dən çox müəssisə və təşkilat iştirak edir.