...

Azərbaycan bankı "Bank of Baku" yeni "28 May" filialını açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2010 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Azərbaycan bankı "Bank of Baku"nun yeni "28 May" filialı fəaliyyətə başlayıb. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.

"Bank of Baku" müntəzəm olaraq təqdim olunan xidmətlərin səviyyəsini artırmağa çalışır. "Bank of Baku"nun yeni filialı Bakının mərkəzində, R.Behbudov, 17 ünvanında (Caz mərkəzinin yaxınlığında) yerləşir. "Bank of Baku"nun növbəti filialının paytaxtın ən gediş-gəlişli küçələrinin birində yerləşməsi onu əhali, xüsusilə, həmin ərazidə yaşayan müştərilər üçün daha da əlçatan və rahat edir.

Beləliklə, "28 May" filialı fiziki və hüquqi şəxslərə geniş çeşidli bank məhsul və xidmətlərini təklif edir: hesabların açılması; depozitlərin qəbul edilməsi; istehlak kreditlərinin verilməsi; kommunal ödənişlər; Azercell, Bakcell, Nar Mobile danışıqları üzrə ödənişlərin qəbul edilməsi; təcili pul köçürmələri; plastik kartların sifariş edilməsi və verilməsi; mübadilə əməliyyatları; növbəsiz ödəniş köşkləri (Cash-in).

"Bank of Baku"nun strateji məqsədlərindən biri xidmət məntəqələrinin artırılması vasitəsilə filial şəbəkəsinin genişləndirilməsidir və bankın yeni filialının açılması bu sahədə növbəti inkişaf mərhələlərindən biridir. Bu gün "Bank of Baku"nun artıq 10 filialı və bir elektron şöbəsi paytaxtda, 5 filialı isə regionlarda əhaliyə peşəkar bank xidmətlərini təqdim edir.

Xəbər lenti

Xəbər lenti