...

Azərbaycanda çörəyin qiymətinin artması əsassızdır - Kənd Təsərrüfatı Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2010 12:55 (UTC +04:00)
Azərbaycanda çörəyin qiymətinin artması əsassızdır. Belə ki, ölkənin ərzaq taxılına olan tələbatı tamamilə ödənilib və respublikada bu məhsul çatışmazlığı yoxdur.
Azərbaycanda çörəyin qiymətinin artması əsassızdır - Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir А.Axundov/

Azərbaycanda çörəyin qiymətinin artması əsassızdır. Belə ki, ölkənin ərzaq taxılına olan tələbatı tamamilə ödənilib və respublikada bu məhsul çatışmazlığı yoxdur. Bu barədə cümə günü Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev deyib.

Noyabrın 18-dən Bakı mağazalarında çörəyin qiyməti 30 qəpikdən 40 qəpiyə qaldırılıb. Həmçinin, unun qiymətində də artım müşahidə olunur.

Vəliyevin sözlərinə görə, ötən il 157 min hektar torpaqdan üç milyon ton taxıl yığılıb, bu il bu göstərici 981 min ton azalıb.

Azərbaycanın taxıla olan ümumi tələbatı üç milyon ton təşkil edir. İki milyon tona tələbat artıq yerli istehsal hesabına ödənilib və bir milyon tondan çox taxıl ixdal olunub.

Lakin, onun fikrincə, qiymət artımına təsir edən mümkün səbəblərdən biri də taxılın idxalında ƏDV-nin ləğvi məsələsinin həll olunmamasıdır.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkə rəhbərliyinə taxıl məhsullarının idxalına əlavə dəyər vergisinin ləğvi barədə təkliflər irəli sürüb.

2010-cu ilin əvvəlindən Azərbaycanda taxıl idxalına ƏDV qoyulub: 480 dollar dəyərində bir ton taxıla 18 faiz həcmində vergi, daha doğrusu, idxal olunan taxılın hər tonuna görə 86,4 dollar alınır.

Xəbər lenti

Xəbər lenti