...

Azərbaycanda vaxtı ötmüş tikinti materiallarının satılması faktı aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2010 18:38 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tikinti materialları bazarında aparılan monitorinqlər zamanı saxlama müddəti ötmüş "Protex Marshall", "Genç-aşşab", "Şpatlovka", "Tutex", "Protex", "Panda", "Antipas", "Petek", "Samet" adlı lak, boya və s. tikinti materiallarının satıldığını müəyyən edib.
Azərbaycanda vaxtı ötmüş tikinti materiallarının satılması faktı aşkar olunub

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tikinti materialları bazarında aparılan monitorinqlər zamanı saxlama müddəti ötmüş "Protex Marshall", "Genç-aşşab", "Şpatlovka", "Tutex", "Protex", "Panda", "Antipas", "Petek", "Samet" adlı lak, boya və s. tikinti materiallarının satıldığını müəyyən edib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

Fakt Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 69B ünvanında Qaçay Muradova məxsus tikinti materialları mağazasında aşkar edilib.

Bununla əlaqədar, ümumi çəkisi 223 kq olan saxlama müddəti ötmüş tikinti materiallarının satışı dayandırılıb və qanunvericiliyə müvafiq tədbirlər görülməsi məqsədilə Dövlət Xidməti tərəfindən məsul saxlanmaya götürülüb.

Xəbər lenti

Xəbər lenti