...

Azərbaycanın mərkəzi rayonunun sahibkarlarına güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2010 19:57 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Kürdəmir və ətraf rayonların sahibkarlarına güzəştli şərtlərlə 294 min manat kredit verilib.
Azərbaycanın mərkəzi rayonunun sahibkarlarına güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir A.Axundov/

Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Kürdəmir və ətraf rayonların sahibkarlarına güzəştli şərtlərlə 294 min manat kredit verilib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

"Bu vəsaitlər hesabına layihələrin həyata keçirilməsi 50 yeni iş yerinin açılmasına kömək edəcək", - məlumatda deyilir.

Cümə günü SKMF Kürdəmirdə 300-dək sahibkarın iştirakı ilə növbəti tədbir keçirib.

Tədbir iştirakçıları güzəştli kreditlər hesabına maliyyələşdirilən "Azərsun Holdinq"in Kürdəmir rayonunda inşa etdirdiyi illik istehsal gücü 8,4 min ton olan süd emalı müəssisəsi, "AAC" MMC-nin Abşeron rayonunda illik istehsal gücü 160 min kubmetr olan beton blokların istehsalı müəssisəsi və "AS Kompani" MMC-nin illik istehsal gücü 30 min ton olan əhəng istehsalı müəssisəsində aparılan tikinti işləri ilə tanış olublar.

SKMF tərəfindən treninq də keçirilib. Treninq zamanı sahibkarlar güzəştli kreditlərin verilmə mezanizmi, biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları haqqında məlumatlandırılıblar.

Xəbər lenti

Xəbər lenti