...

Azərbaycan bankı "Parabank" plastik kart sahibləri üçün kampaniya keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2010 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Azərbaycan bankı "Parabank" öz müştəriləri üçün plastik kartlarla bağlı 2010-cu il dekabrın 1-dən 2011-ci il yanvarın 31-dək "Qış Kampaniyası"nı təqdim edir. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.

Kampaniya çərçivəsində Gold, Platinum və Infinite kartları 20% endirimlə təqdim ediləcək. Endirimdən əlavə, müştərilər bu plastik kartların üstünlüklərindən də istifadə edə biləcəklər.

Parabankın plastik kartlarına sahib olan şəxslər aşağıdakı üstünlüklərdən yararlana biləcək:

Faizsiz nağdlaşdırma - 27-dən artıq bankın 1200-dən artıq ATM-lərində və POS-terminallarında heç bir komissiya ödəmədən nağd pul əldə edə bilər. Bonus cash back xidməti - kart sahiblərinə apardıqları əməliyyatların müqabilində xərclənən məbləğin müəyyən hissəsinin geri qaytarılmasıdır. Mobil Bank xidmətinin köməyi ilə dünyanın istənilən yerində real vaxt rejimində öz hesablarını idarə edə bilərlər. Kredit xətti üçün faizlərin hesablanması müddəti - 37 təqvim günü ərzində xərclədiyiniz məbləği ödəyərkən heç bir faiz tutulmayacaq. Priority Pass - müştərilərə dünyanın 600-dən çox hava limanlarının VIP zallarından istifadə etmək imkanı yaradır. Səfər sığortası - xaricdə olduğunuz zamanı bədbəxt hadisə baş verdikdə, əlavə xərcə ehtiyac olmur. Konsierj xidməti (Visa Infinite) - bütün səyahətinizi maksimum planlayır, eyni zamanda, Sizin zövq və seçiminizə uyğun təqdim olunan bütün xidmətlərdən istifadə etmək imkanı yaradır. Hotel Club - dünyanın 130 ölkəsində yerləşən kiçik butik tipli mehmanxanalardan tutmuş 5 ulduzlu otel şəbəkəsinədək 50 mindən artıq oteldə 75%-dək endirim. Pin Change - ödəmə kartının mövcud şəxsi eyniləşmə Pin-nömrəsinin müştəri üçün daha yadda qalan kodla əvəz edilməsinə imkan yaradır. Card to Card xidməti - bankomatlardan istifadə edərək pul vəsaitlərini bir kartdan digər karta tez və rahat köçürmək imkanı verir.

Bu plastik kartları əldə etmək üçün heç bir sığorta depoziti və ya əlavə vəsaitə ehtiyac duyulmur. Müştərilər yalnız kartın illik xidmət haqqını ödəyərək bu kartlara sahib ola bilərlər. Müştərilər Parabankın "Qış Kampaniyası"ndan yararlanmaq üçün bankımızın bütün filiallarına müraciət edə bilərlər. Əlavə məlumat üçün 139 "Banka Zəng" xidmətindən istifadə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti