...

Azərbaycanda 3,2 ton keyfiyyətsiz polietilen torbaların satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2010 18:40 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Sumqayıt şəhərində Üzvi Sintez Zavodunun ərazisində "Leyla-R" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı keyfiyyətsiz polietilen torbaların istehsalı faktını aşkar edib.
Azərbaycanda 3,2 ton keyfiyyətsiz polietilen torbaların satışı dayandırılıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Sumqayıt şəhərində Üzvi Sintez Zavodunun ərazisində "Leyla-R" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı keyfiyyətsiz polietilen torbaların istehsalı faktını aşkar edib. Bu barədə bazar ertəsi nazirliyin məlumatında deyilir.

Torba etiketlərində onların konkret təyinatı barədə (ərzaq və ya qeyri-ərzaq məhsulları üçün) istehlakçıları məlumatlandıran yazı qeyd olunmayıb.

Məlumata əsasən, aşkar olunmuş pozuntu əsasında mövcud məhsulun istehsalı dayandırılıb, "Leyla-R" şirkəti tərəfindən istehsal olunan torbaların ticarət şəbəkəsindən geri yığılması barədə göstəriş verilib.

Dövlət Xidməti 3,2 ton polietilen torbaların satışını qadağan edib, belə ki, onlar gigiyenik sertifikat olmadan istehsal edilib və onların üzərində istifadə təyinatı barədə istehlakçılar üçün zəruri məlumatlar qeyd edilməyib.

Xəbər lenti

Xəbər lenti