...

Azərbaycan Hesablama Palatası 2011-ci il üçün planı təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2010 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Azərbaycan Hesablama Palatası palatanın struktur bölmələri tərəfindən verilmiş təkliflər əsasında hazırlanan 2011-ci il üçün İş Planını təsdiq edib. Bu barədə palatanın Kollegiya iclasının yekunları üzrə palatanın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Kollegiya iclasında dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin saxlanılmasına ayrılan vəsaitlərdən istifadənin, Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin, dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının saxlanılmasına, "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı" üzrə Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda xlorun alınmasında əmələ gəlmiş civə tərkibli tullantıların təhlükəli tullantı poliqonuna daşınması və zərərsizləşdirilməsinə, Bakı şəhəri, B.Ağayev küçəsi, 100 A ünvanında yerləşən inzibati binanın əsaslı təmirinə ayrılan vəsaitlərin və "Təxirəsalınmaz ekoloji tədbirlər" layihəsi üzrə Dünya Bankından hökumət zəmanəti ilə cəlb edilən kreditin istifadəsinin, dövlət büdcəsinin "Meşə təsərrüfatı" və "Faydalı qazıntılar" köməkçi bölmələrindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə və Milli Geoloji Kəşfiyyat Xidmətinə ayrılan vəsaitlərdən istifadənin, habelə Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin gəlir və xərclərinin proqnozlaşdırılması və icrası üzrə auditlərin nəticələri üzrə Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti