...

Azərbaycan 865 min ton həcmində yüksək keyfiyyətli ərzaq buğdası ehtiyatlarının yaradılmasına dair müqavilələr imzalayıb – FHN rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2010 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Taxıl Fondu 865 min ton həcmində yüksək keyfiyyətli ərzaq buğdası ehtiyatlarının yaradılmasına dair müqavilələr imzalayıb. Bu barədə cümə axşamı FHN-nin rəhbəri Kəmaləddin Heydərov nazirliyin yaradılmasının beş illiyinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, artıq ölkəyə müqavilələrdə nəzərdə tutulan həcmdən 645 min ton buğdanın gətirilməsi təmin olunub.

"Hazırda ölkəyə taxılın gətirilməsi üzrə işlər təsdiq olunmuş qrafikə uyğun davam etdirilir. Eyni zamanda Dövlət Taxıl Fondunda yerli buğda hesabına ehtiyatlar yaradılır", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti