...

Azərbaycanın Siyəzən rayonunda prioritet hesab edilən sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2010 14:24 (UTC +04:00)
Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Siyəzən rayonunda prioritet hesab edilən sahələr üzrə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.
Azərbaycanın Siyəzən rayonunda prioritet hesab edilən sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir N.İsmayılova/

Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Siyəzən rayonunda prioritet hesab edilən sahələr üzrə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Siyəzən rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Siyəzən rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- intensiv bağçılığın və tərəvəzçiliyin (o cümlədən istixana şəraitində faraş tərəvəz istehsalı) inkişafı;

- quşçuluq təsərrüfatlarında müasir tələblərə cavab verən emal (o cümlədən tullantılardan bioqaz alınması) sahələrinin yaradılması.

"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 432-39-69

Faks: (012) 434-74-29

Xəbər lenti

Xəbər lenti