...

Azərbaycanda pampıq parça istehsalçısının səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2010 13:52 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi pampıq parça istehsalçısı "Göyçay Toxucu" SC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Azərbaycanda pampıq parça istehsalçısının səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi pampıq parça istehsalçısı "Göyçay Toxucu" SC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə komitənin şənbə günü yaydığı məlumatda deyilir.

Satışa 30 faiz həcmində səhmlər paketi çıxarılıb. Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri və xarici investorlar iştirak edə bilərlər.

İddiaçılar müəssisənin profilindən asılı olmayaraq, fəaliyyətin canlandırılması, eləcə də mövcud tikililərin təmiri üzrə təkliflərdən ibarət investisiya proqramını təqdim etməlidirlər.

Həmçinin, İddiaçılar investisiya təkliflərinin dəyərinin beş faizi həcmində bank zəmanətini və dövlət büdcəsinə 160 min manatın köçürülməsi barədə təklifləri təqdim etməlidirlər.

"Göyçay Toxucu" pampıq parça istehsalında ixtisaslaşıb və Göyçay şəhərində yerləşir.

SC-nin nizamnamə kapitalı dekabrın 1-nə olan məlumata görə, 3,245 milyon manat təşkil edir. Bu məbləğə uyğun hər birinin nominal dəyəri iki manat olan 1622483 səhm buraxılıb. Müsabiqənin predmeti ümumi nominal dəyəri 0,974 milyon manat olan 486803 səhmdir.

Müəssisənin 263,245 min manat, o cümlədən əməkhaqqı üzrə 17,1 min manat, xammal, xidmətlər və işlər üzrə 246,15 min manat borcu var. Müəssisə 1987-ci ildən fəaliyyət göstərir.

İddiaçılar müsabiqənin tələbləri və əlavə məlumatı Bakı şəh., Y.Səfərov küç., 20 ünvanında 2011-ci il yanvarın 20-nə qədər saat 10:00-dan 17:30-dək əldə edə bilərlər.

Sənəd və təkliflər yanvarın 20-dək saat 10:00-dan 17:30-dək qəbul edilir.

Təkliflər müsabiqə komissiyası tərəfindən yanvarın 21-də Dövlət Komitəsinin binasında saat 15:00-dan etibarən qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti