...

Azərbaycanın AXA MBASK sığorta şirkətinin səhmdarları filial şəbəkələrinin yenidən təşkili məsələsini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2010 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın AXA MBASK sığorta şirkəti 2011-ci il yanvarın 17-də səhmdarların növbəti toplantısını keçirəcək. Bu barədə şirkətin məlumatında deyilir.

İclasın gündəliyinə əməkdaşların rəhbər postlara təyin edilməsi və namizədliyin irəli sürülməsi, yeni filialın yaradılması və nizamnamənin təsdiq edilməsi, mövcud filialların yenidən təşkili və əsasnaməyə dəyişikliklər, şirkətin Direktorlar Şurasına filialların yaradılması, yenidən təşkili və ləğvi, eləcə də əsasnamənin təsdiqlənməsi hüququnun verilməsi kimi məsələlər daxil edilib. İclas çərçivəsində şirkətin müstəqil auditoru seçiləcək, Direktorlar Şurasına sədrlərin və İdarə Heyəti üzvlərinə namizədlərin vəzifəyə təyin edilməsi hüququnun verilməsi, eləcə də Direktorlar Şurası, İdarəetmə Şurası və Təftiş komissiyası haqqında əsasnamənin yeni redaksiyasının nizamnamə ilə uyğunlaşdırılması məsələləri müzakirə olunacaq.

Bu ilin oktyabrında MBASK sığorta şirkəti əsas səhmdarını dəyişib. Fransanın "AXA Group" sığorta şirkəti Azərbaycanın MBASK sığorta şirkətinin nəzarət səhm paketini alıb. Nəzarət səhm paketi "AXA Group"un törəmə şirkəti - İspaniyanın "AXA Seguros Generales" şirkəti tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) və MBASK-ın kapitalında payını almaq hesabına əldə edilib. Qeyd edək ki, MBASK-ın səhmlərinin 30 faizi AYİB-ə, 70 faizi isə şirkətin əsas səhmdarı Eldar Qəribova məxsusdur. Qəribova yerdə qalan 49 faiz pay məxsus olacaq.

Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərən MBASK 29 növdə sığorta xidmətləri göstərir, onlardan dördü icbaridir. Şirkətin nizamnamə kapitalı 5,73 milyon manatdır.

"AXA Group" maliyyə mühafizəsi sahəsində dünya üzrə liderdir. Şirkət öz fəaliyyətini bütün dünya üzrə 57 ölkədə, daha çox Avropa, Şimali Amerikada və Asiya-Sakit okean regionunda cəmləşdirməklə həyata keçirir.

Dekabrın 18-nə olan rəsmi məzənnə 0,7987 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti