...

İstanbulda iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Türkiyə danışıqları keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2010 10:39 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 23 dekabr /Trend, müxbir H.Həsənov/

Bu günlərdə İstanbulda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti çərçivəsində iqtisadi əməkdaşlıq üzrə ikitərəfli Türkmənistan-Türkiyə danışıqları keçirilə bilər. Bu barədə Türkmənistandakı rəsmi mənbə məlumat verib.

Onun sözlərinə görə, Türkmənistan nümayəndə heyətinə baş nazirin müavini, ölkədəki bank sahəsinə, maliyyə və investisiya axınlarına məsul olan Tuvakmamed Caparov başçılıq edir.

İki ölkə bəzi enerji layihələrinin, eləcə də türkmən enerjidaşıyıcılarının Türkiyədən Avropaya nəqli sahəsində layihələrin həyata keçirilməsində maraqlıdır. Hazırda türkmən enerjidaşıyıcıları Türkiyəyə İran ərazisindən daxil olur.

Ekspertlərin qeyd etdikləri kimi, hazırkı vəziyyətdə bu marşrut türkmən qazının nəqli üçün də gündəlikdən çıxarılmayıb. Eyni zamanda, Xəzər dənizinin dibi ilə Azərbaycandan Nabukko qaz kəmərinin çəkilməsi məsələsi də aktual olaraq qalır.

Xəbər lenti

Xəbər lenti