...

Azərbaycanın Abşeron rayonunun sahibkarlarına 143 min manat güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2010 18:12 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Abşeron və ətraf rayonların 12 sahibkarına güzəştli şərtlərlə 143 min manat güzəştli kredit verilib.
Azərbaycanın Abşeron rayonunun sahibkarlarına 143 min manat güzəştli kredit verilib

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir N.İsmayılova/

Çərşənbə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Abşeron və ətraf rayonların 12 sahibkarına güzəştli şərtlərlə 143 min manat güzəştli kredit verilib. Bu barədə nazirliyin məlumatında deyilir.

"Bu kreditlər hesabına 30-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur", - məlumatda qeyd olunur.

Tədbir çərçivəsində iştirakçılar "Zəhmət-Ruzi" MMC-nin inşa etdirdiyi tutumu 7 min ton olan müasir soyuducu anbar kompleksində və illik istehsal gücü 10 min ton ət və 7 min ton süd olan emal sahələrində aparılan tikinti işləri ilə tanış olublar.

Çərşənbə axşamı Sahibkarlığa Kömək Milli Fondu 150 sahibkarın iştirakı ilə 2010-cu ildə sonuncu tədbirini keçirib. Tədbir çərçivəsində Abşeron rayonunda layihələrin güzəştli maliyyələşdirilməsi üçün prioritet sahələr müəyyənləşdirilib.

Ümumilikdə Fond 2010-cu ilin ötən dövründə 1430 sahibkara 115 milyon manat məbləğində güzəştli kreditlər verib. Verilmiş kreditlərin 99,8 faizi regionların payına düşür. Bu kreditlər hesabına 5600-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti