...

20 Yanvarda Bakının şəhərətrafı zonalarında elektrik qatarları üçün bilet pulsuz olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2011 18:03 (UTC +04:00)
20 Yanvarda Bakı vaxtı ilə saat 06:00-dan 23:00-dək "Azərbaycan Dəmir Yolları" QSC-in hazırladığı tədbirlər planı çərçivəsində Abşeronun şəhərətrafı zonasında elektrik qatarlarında bilet pulsuz olacaq.
20 Yanvarda Bakının şəhərətrafı zonalarında elektrik qatarları üçün bilet pulsuz olacaq

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Milli matəm günü - 20 Yanvarda Bakı vaxtı ilə saat 06:00-dan 23:00-dək "Azərbaycan Dəmir Yolları" QSC-in hazırladığı tədbirlər planı çərçivəsində Abşeronun şəhərətrafı zonasında elektrik qatarlarında bilet pulsuz olacaq. Bu barədə cümə axşamı QSC-dən məlumat verilib.

20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq - saat 12:00-da qatarların hərəkəti dayandırılacaq, lokomotivlər fit verəcək.

Həmçinin, 1990-cı il yanvarın 20-də həlak olan dəmiryol işçilərinin ailə üzvlərinə maddi yardım veriləcək.

Xəbər lenti

Xəbər lenti