...

2010-cu ildə Azərbaycanın icmal büdcəsinin profisiti proqnozu 4,5 dəfədən çox üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2011 15:04 (UTC +04:00)
2010-cu il üçün Azərbaycanın icmal büdcəsinin gəlirləri 19,3 milyard manat təşkil edib və 125,2 faiz yerinə yetirilib ki, bu da 2009-cu ilin müvafiq göstəricisini 4,9 milyard manat və ya 33,7 faiz ötür. Bu barədə ölkənin Maliyyə Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.
2010-cu ildə Azərbaycanın icmal büdcəsinin profisiti proqnozu 4,5 dəfədən çox üstələyib

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir N.İsmayılova/

2010-cu il üçün Azərbaycanın icmal büdcəsinin gəlirləri 19,3 milyard manat təşkil edib və 125,2 faiz yerinə yetirilib ki, bu da 2009-cu ilin müvafiq göstəricisini 4,9 milyard manat və ya 33,7 faiz ötür. Bu barədə ölkənin Maliyyə Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.

İcmal büdcəsinin xərcləri 13,5 milyard manata çatıb ki, bu da proqnozun 94,7 faizini təşkil edərək, 2009-cu ilə nisbətdə 1,3 milyard manat və ya 10,2 faiz artıb.

"İlin yekunları üzrə icmal büdcəsinin profisiti 1,2 milyard manat səviyyəsində proqnozlaşdırılsa da, faktiki o 5,8 milyard manat təşkil edib", - məlumatda deyilir.

Dövlət büdcəsinin gəlirləri 11,4 milyard manat təşkil edib və 99,1 faiz yerinə yetirilib ki, bu da 2009-cu ilin yekunları üzrə göstəricini 1,1 milyard manat və ya 10,4 faiz ötür. 2010-cu ildə dövlət büdcəsinin xərcləri 11,8 milyard manat təşkil edib və 95,9 faiz yerinə yetirilib. Bu göstərici 2009-cu illə müqayisədə 1,3 milyard manat və ya 12 faiz artıb.

Ötən il 2009-cu ilə nisbətdə dövlət büdcəsinin hüquq-mühafizə orqanlarının və prokurorluğun, məhkəmə orqanlarının saxlanılmasına, müdafiəyə, sosial təminat və sosial müdafiəyə, mədəniyyət, səhiyyə, təhsil və elmə 11,6 faiz çox vəsait ayrılıb.

Hesabat dövründə dövlət büdcəsinin cari xərclərinin 3,7 milyard manatı və ya 31,5 faizi sosial yönümlü xərclərin payına düşüb ki, bu da 2009-cu illə müqayisədə 120 milyon manat və ya 3,3 faiz çoxdur.

2010-cu ildə ölkənin müdafiə potensialının gücləndirilməsi məqsədilə dövlət büdcəsindən və ehtiyat fondlardan 2,2 milyard manat ayrılıb ki, bu da 2009-cu illə müqayisədə 35,5 faiz və ya 562 milyon manat çoxdur.

Dövlət əhəmiyyətli layihələr üçün yatırımların xərcləri 2010-cu ildə 4,1 milyard manat təşkil edib ki, bu da 2009-cu ilin yekunları üzrə göstəricini 16,3 faiz və ya 600 milyon manat ötür. Bu mənbələrdən sosial yönümlü layihələrin maliyyələşdirilməsinə 508 milyon manat, infrastruktur layihələrə 1,9 milyard manat və digər layihələrə 1,7 milyard manat ayrılıb.

Hesabat dövrü ərzində Azərbaycan Prezidentinin Ehtiyat Fondundan məcburi köçkünlər üçün evlərin tikilməsinə, Bakıda aparınan yenidənqurma işlərinə, ölkə rayonlarında xəsətəxana, avtomobil yollarının tikintisinə, KİV-ə maliyyə yardımına 158,5 milyon manat ayrılıb.

2008-2015-cu illərdə ölkə əhalisinin etibarlı ərzaq malları ilə təmin edilməsi üzrə Dövlət Proqramının yerinə yetirilməsinə 106 milyon manat ayrılıb. Sahibkarlığa Kömək Milli Fonduna 44 milyon manat ayrılıb. Dövlət büdcəsindən "Aqqolizinq" SC-yə 40 milyon manat, o cümlədən Prezidentin Ehtiayt Fondundan 5 milyon manat ayrılıb.

Xəbər lenti

Xəbər lenti