...

Son 10 ildə Azərbaycanın büdcə vəsaitləri hesabına investisiyalar 16 dəfə artıb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2011 14:35 (UTC +04:00)
2010-cu ildə Azərbaycanın dövlət büdcəsinin sosial yönümlü xərcləri 3,7 milyard manata və ya xərclərin ümumi həcminin 32 faizinə çatıb. Bu, 2009-cu illə müqayisədə 120 milyon manat artım təşkil edib. Bu barədə dünən Azərbaycanın maliyyə naziri Samir Şərifov AzTV kanalına müsahibədə bildirib.
Son 10 ildə Azərbaycanın büdcə vəsaitləri hesabına investisiyalar 16 dəfə artıb - nazir

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir N.İsmayılova/

2010-cu ildə Azərbaycanın dövlət büdcəsinin sosial yönümlü xərcləri 3,7 milyard manata və ya xərclərin ümumi həcminin 32 faizinə çatıb. Bu, 2009-cu illə müqayisədə 120 milyon manat artım təşkil edib. Bu barədə dünən Azərbaycanın maliyyə naziri Samir Şərifov AzTV kanalına müsahibədə bildirib.

"2010-cu ildə Azərbaycanda ölkə Prezidentinin fərmanı ilə əməkhaqqı, pensiya, təqaüd və sosial ödənişlər artırılıb. Pensiyanın baza hissəsi və minimal əməkhaqqı 13 faiz artırılıb", - Şərifov qeyd edib.

Onun sözlərinə görə, ötən il daşqınlardan ziyan çəkən əhaliyə müxtəlif növ yardım göstərilib, eləcə də yeni evlər tikilərək istismara verilib. Bu tədbirlərin görülməsinə ötən ilin ortalarında hökumət 300 milyon manat yönəldib.

"Artıq gələcəkdə belə halların qarşısını almaq üçün su ehtiyatlarının idarə edilməsi sisteminin daha da təkmilləşdirilməsi məqsədilə tikilən su bəndlərinin beynəlxalq standartlar əsasında idarə olunması üçün xüsusi tədbirlər planının hazırlığı aparılır. Biz daha irəliləmiş sistemə keçməliyik", - nazir bildirib.

Onun szölərinə görə, Azərbaycan iqtisadiyyatının inkişafı 2001 və 2010-cu illərin büdcə göstəriciləri ilə müqayisədə açıq-aydın görünür.

"2001-ci ildə dövlət büdcəsinin gəlirləri 875 milyon manat təşkil edirdisə, 2010-cu ilin yekunları üzrə onlar 11,4 milyard manata çatıb. Bu, göstərilən dövrdə təxminən 14 dəfə artım deməkdir. Dövlət büdcəsinin xərcləri 807 milyon manatdan 11,767 milyard manatadək artaraq, təxminən 15 dəfə çoxalıb", - Şərifov əlavə edib.

Nazirin sözlərinə görə, büdcə xərclərinin elm sahəsinə ondəfəlik, təhsil sahəsinə yeddidəfəlik, səhiyyə və sosial təminata səkkizdəfəlik artımı qeydə alınıb.

"2001-ci ildə Azərbaycan investisiyalara yalnız 25 milyard manat yönəldə bilib. 2010-cu ildə bu göstərici 4 milyard manata çatıb. Bu günə dövlət büdcəsində investisiya xərclərinin xüsusi çəkisi 30 faizi ötür, halbuki 2001-ci ildə bu göstərici cəmi 2 faiz təşkil edib", - Şərifov bildirib.

Xəbər lenti

Xəbər lenti