...

Azərbaycan ölkə iqtisadiyyatına Latviyanın investisiyalar qoymasını alqışlayır – Prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2011 16:30 (UTC +04:00)
Azərbaycan və Latviya arasında iqtisadi sahədə münasibətlər siyasi münasibətlər səviyyəsində olduğu kimi deyil. Keçirilən tədbirlər nəticəsində bu sahədə ölkələr arasında gözəl nailiyyətlər mövcuddur.
Azərbaycan ölkə iqtisadiyyatına Latviyanın investisiyalar qoymasını alqışlayır – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycan və Latviya arasında iqtisadi sahədə münasibətlər siyasi münasibətlər səviyyəsində olduğu kimi deyil. Keçirilən tədbirlər nəticəsində bu sahədə ölkələr arasında gözəl nailiyyətlər mövcuddur. Bunu Prezident İlham Əliyev bazar ertəsi Latviyanın dövlət başçısı Valdis Zatlerslə birgə Riqada keçirilən mətbuat konfransında deyib. Bu barədə məlumat Latviya Prezidentinin rəsmi saytında yerləşdirilib.

"Əməkdaşlıq sahəsində informasiya texnologiyalarını qeyd etmək istərdim. Azərbaycan mövcud sahəyə çox ciddi yanaşır və həqiqətən də Latviyanın burada çox işlər gördüyünü anlayır", - İlham Əliyev deyib.

"Kənd təsərrüfatında əməkdaşlıq üçün bir çox imkanlarımız var. Daha çox energetika və investisiya sahəsinə diqqət ayırmalıyıq. Bu gün Azərbaycanda müəssisələr xarici bazarlara kapital gətirirlər və biz əcnəbi bazarlara kapital qoyuruq", - Azərbaycan Prezidenti deyib.

Prezident Valdis Zatlers Latviyanın bir çox ölkələr, o cümlədən Azərbaycanda yüksək qiymətləndirilən qida məhsulları ixrac etdiyini bildirib.

"Həmçinin, Latviyanın Azərbaycanın özəl şirkətləri və dövlət müəssisələri üçün İT-qərarlar ixrac etmək imkanına böyük maraq var. Biz təhsil sahəsində əməkdaşlıq imkanları barədə də danışmışıq, belə ki, təhsil də bir növ ixrac malı hesab olunur. Biz Azərbaycan və Latviyanın qarşılıqlı maraqlarını müzakirə etmişik, nəqliyyat və energetika haqqında danışmışıq", - Zatlers deyib.

Azərbaycan Prezidenti İlham Əliyev iki ölkənin qarşılıqlı investisiya perspektivlərini ümidverici sahə kimi qiymətləndirib.

"Biz Latviyanın ölkə iqtisadiyyatına investisiyalar qoymasını alqışlayırıq və düşünürük ki, bu investisiyalar Azərbaycan iqtisadiyyatını çoxşaxəli edəcək. Bu gün sahibkarların bir çox iqtisadi sahələrə marağı var. Biz neft və qazdan asılılığı azaltmaq istəyirik və bu yolda çox işlər görmüşük, məsələn, iqtisadiyyatın şaxələndirilməsi çox vacibdir", - İlham Əliyev deyib.

Azərbaycan Prezidentinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatına 15,5 milyard dollar investisiya qoyulub, onun 9,3 milyard dolları milli, qalanı isə xarici investisiyalardır.

"Səmərəli investisiya mühiti yaratmışıq, xarici investisiyalar qorunub. Azərbaycan investorları da xarici bazarlara kapital qoymağa başlayıblar və bu həcm artıq bir milyard dolları ötür. Dost ölkə - Latviyaya investisiya qoymaq çox vacibdir. Bu məsələ bizim üçün çox maraqlıdır", - Azərbaycan Prezidenti deyib.

Latviya Prezident də hesab edir ki, gələcəkdə iqtisadi əməkdaşlığın əsası birmənalı şəkildə qarşılıqlı əlaqələr olacaq.

"20 ildən sonra görüşərək həmin vaxt müsbət nəticəni görə bilərik - bizim ticarət mübadiləmiz bir qədər böyükdür və ölkələrimizin iqtisadiyyatı bir-biri ilə daha çox qarşılıqlı əlaqədə olaraq bir-birini tamamlayacaq", - Zatlers deyib.

Onun sözlərinə görə, birmənalı şəkildə Latviyanı Aİ ölkəsi kimi qiymətləndirmək lazımdır. Latviyanın ticarət mübadiləsinin 70 faizi Aİ-də yerləşir.

"Azərbaycan ilə ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirməklə yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi münasibətlərini dəstəkləyirik. Və əksinə. Biz Qafqaz regionunda böyük iqtisadi inteqrasiya görmək istəyirik. Ölkələrdən hər biri ilə ikitərəfli münasibətlərin formalaşması hesabına regionun ümumi iqtisadi əməkdaşlığını dəstəkləyəcəyik", - Zatlers deyib.

Xəbər lenti

Xəbər lenti