...

Azərbaycanın Antiinhisar Xidməti təxminən 8 ton keyfiyyətsiz süd məhsullarının ləğvi barədə göstəriş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2011 19:02 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süd məhsullarının keyfiyyətinin yoxlanılması məqsədilə apardığı monitorinqlər nəticəsində 7,9 ton süd məhsulunun məhvi barədə qərar qəbul edib.
Azərbaycanın Antiinhisar Xidməti təxminən 8 ton keyfiyyətsiz süd məhsullarının ləğvi barədə göstəriş verib

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süd məhsullarının keyfiyyətinin yoxlanılması məqsədilə apardığı monitorinqlər nəticəsində 7,9 ton süd məhsulunun məhvi barədə qərar qəbul edib. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məluamtda deyilir.

Bakının Sabunçu rayonunda yerləşən müəssisədə istehsal edilən ayranın, dovğanın və yağlılığı 20% olan xamanın üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, həmin məhsulların müvafiq reseptura olmadan istehsal edildiyi, habelə qatığın uyğunluq, kəsmiyin isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi müəyyənləşdirilib.

Bundan başqa, yoxlama zamanı müəssisədə pendirin yetişmə və saxlama müddətini müəyyən edən texnoloji sənəd və ya reseptura olmadan istehsal edildiyi, istehsal edilmiş pendirlərin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi, həmçinin, istehsal olunan pendirlərin keyfiyyət və təhlükəsizlik göstəricilərinin laboratoriyada yoxlanılmadan satıldığı müəyyən edilib.

Gigiyenik və uyğunluq sertifikatları, habelə reseptura olmadan istehsal edilmiş 1,6 ton süd məhsulları Dövlət Xidməti əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv ediliməsi, eləcə də süd məhsullarının istehsalının dayandırılması, habelə müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış süd məhsullarının geri yığılması barədə göstəriş verilib.

Həmçinin, Abşeron rayonunun Mehdiabad qəsəbəsində "Selman" müəssisəsində aparılan yoxlama zamanı "Selman" adlı pendirin yetişmə və saxlama müddətini müəyyən edən texnoloji sənəd və ya müvafiq reseptura olmadan istehsal edildiyi, istehsal olunmuş pendirlərin üzərində yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan bir il göstərildiyi, habelə istehsal olunan pendirlərin keyfiyyət və təhlükəsizlik göstəricilərinin laboratoriyada yoxlanılmadan satıldığı müəyyən edilib. Müvafiq reseptura olmadan istehsal edilmiş 6,3 ton pendir qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti